Gönderi

250 syf.
·
Puan vermedi
·
2 saatte okudu
Volkan Sönmez yeni kəşf etdiyim müasir yazarlardandır. “Fırsatçı” “Tek başına” və “Yalancı” kitablarını bir biri ilə bağlı süjet xətləri və obrazları olduğu üçün sıra ilə oxumağınızı tövsiyə edirəm.Uzun müddətdir ki, bir kitabı səsli şəkildə gülərək oxumamışdım :D Bəs kitabın (kitabların) mövzusu nədir? 3 fərqli həyatı, fərqli xarakterlərdə, fərqli şəraitlərdə yaşayan 3 obraz. Hər 3nün istədiyi tək şey var. Daha rahat və yaxşı yaşamaq. Bunu kim istəməz ki? Bəziləri bunu insanları aldadaraq, sonra da vicdan əzabı çəkmədən başını yastığına rahat şəkildə qoyub yataraq edər, bəziləri insanların xoş davranışlarından istifadə edərək, hər hərəkəti, davranışı fürsət bilərək edər, bəziləri isə dürustlüyünü, humanistliyini nə olursa olsun, qoruyub çalışaraq edər. Bəs hansı öz məqsədinə çatacaq? Kitabdan xüsusi bir gözləntiniz olmasın. Rahat, axıcı, əyləncəli (absurd komediya da sezdim) və sürpriz sonlu)) bir kitabdır.
Tek Başına
Tek BaşınaVolkan Sönmez · 2022359 okunma
·
200 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.