Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sözlər Mənim cismim və ruhum nədən iki ayrı dünyalardan dəm vurur derdim. Çox sözlər yazar , çox sözlər derdim. Amma bu qədər çoxun için də o tək olub da çatmayan nə idi ki mənim ruhumda bu qədər böyük boşluq yaratmışdı... Anlamlar ... Hər sözün öz anlamı var . Onlar ayrılıqda azaddılar. Bir bulud təki səmada uçuşurlar . Mənim ruhumda bu sözlər kimidi o cism olmadan hər arzuda bir şəkil ala bilir. Onun əsl şəkli isə yenə sözlərdəkini bənzərdi. Sözlər ki vahid can olmaq üçün cümlə adlı bədənə hopmalıdır ... Elə ruhda "mən"i yox edib "biz" deyəni yaratdıq da azaddı. Bəs axı kimdir " Biz" ... Biz deyilən əsib coşan dəniz kimi sahili arzulayan dalgada dı. Biz deyilən günəşə həsrət ayın yalnızlığındadı. Biz deyilən o bizi bizdən alıb ruhuna hakim kəsilən o candadı. O can ki gözünü yumduqda xeyalında görünən , o sima ki xəyallarının , arzularının tacı olub həmdə duyğularının açarı. Axı hər gedilən yol ona açılan bir qapıdı. Hər qaçış ona dahada yaxınlıqdı. Yaxınlaşdıqca yanmağı biləsen gərək. Çünki hər addım alovdan bir nura çevirər səni. İlk əvvəl düşüncələr ona qərq olar . Bəlkə qısqanclıqdandıt ki daha düşüncələrinə tək hakim o olar , digər bir kimsəni isə yandırar kül edər. Sonra yavaş - yavaş dilin atəş saçan əjdahayı anımsadar sözlər isə bu əjdahanın alovları. Hər kəsi yaxar kül edər onlar . Qorxar insanlar yaxınlaşmağa bir addım belə olsa axı kim istər bir nəfə qurban olmaq eşq uğrunda? Bunu edərmi bir başqası içindəki "onu" qorumaq üçün ətrafını yanğından ormana çevirən məndən başqa. Nəhayət qanın kimi olar bu yanğın bütün vücuduna hakim kəsilər hər an yanıb kül olmağı gözlərsən . Amma bacara bilməzsən , axı bu yanğın əsir ala bilmədiyi bir yer var. Qəlb... Budur onun məqsədi o istər ki məhv etsin səndə olan hər şeyi dönüb çevriləsən "ona". Beləcə O deyilənə məskən qəlbdən başqa hər yer artıq viranə. Qəlbin məskəni isə cənnət adlı bir diyar. O olan yerdə heç açmazmı rəng - rəng çiçəklər , güllər, axmazmı suyu nurdan şəlalələr , olmazmı adəmin günah dediyi o meyvə səvənin arzularınd a savab adlı bir badə. Həmdə bu qəlbdə böyük bir ayna ... Deyərsən " ayna - ayna söylə mənə kimdi bu cənnət bağının sahibi", sonra ayna başlar anlatmağa ... O bənzəməz başqasına yoxdu daha bu dünyada tay ikinci elə bir daş-qaş. Nə altındır , nə almazdır , nədə yaqud... O başqa bambaşqa - nurdan vücud bulmuş bir mələk. Onun mayasında eşq var. Dilindeki tək söz oda eşq . Siması isti yay günlərində insana sərinlik verən ağac kölgəsi kimi. Yəni onun sərinliyi günəşin şəfəqlərində bilinər. Bir kimsədir ki o ruhunla , vücudunun bulunmaq istədiyi məkan. Huzur adlı bir diyar... Güzgünün bu sözlərindən sonra bu "huzur bağında" dolanmağa qərar verdim. Tanımaq istədim onun qurduğu məskənimi əvvəl və axır yerimi. Yanımda mənə rəhbər bir də mələk olsun gərək mən sorum o cavablasın ... Budur xeyli dolaşdıqdan sonra bir ağaca rastladıq... Bu ağacın kökünün bir qismi görünürdü ... -Sordum mələyə nədən bu ağac bucür qəribə şəkildə... -Dedi onun adı sevgi ağacıdır . Kökü sevgidən bəslənər . Gündən günə artdıqca məhəbbət artıq kökü sığmaz olub yerin dərinliklərinə . Bir neçə saniyə qalmaz aşar dünyanı da keçər - Dedim axı keçdi indi saniyə nədən aşmadı kökü ənginlikləri. Mələk söylədi - burda zaman onla olduğun anlarda gedər yoxsa donub qalar dünyan Biraz ilərdə bir damla gördüm. Necə oldu ki bu qədər gül çiçək içində məhz bu damla diqqətimk çəkdi. Mələk heç bu sualımı dilimə gətirməmə imkan vermədən sanki bilirmişcəsinə başladı anlatmağa -Bax bu gördüyünün adı " sən dənizsən" adlanır. - Dəniz? Axı bir damladan dənizmi olar? Söylədi mələk - " səbrli ol axı onun suyuna okean belə çatmaz. O lap derinlərdədi getdiyi bir yolda bayaq ki ağaca çıxır. O yolu görməyin tək yolu bura bütöv gəlməkdədi Nəhayət nağılardakı min bir rəngdə çalan çiçəklərin yanındaydıq. Amma onlar bir ev şəklinə bürünmüşdülər. Yenə sual doğdu bu qədər rəng bir yerdə necə tək bir vücud olmağı bacarmış. - İnsanlar istər ki onların evi huzur qoxan bir məkan olsun onlara. Bu çicəklərdə huzur çiçəyidir. İndi çatdığımız yer bir bulaqdı . Bu bulağın suyu bir mahnı səsləyirdi. Fəqət bir yerdə duymadığım bir söz vardı. Nədən axı duymurdum. Sordum mələkdən. Dedi duya bildiklərin sənin yazdıqların amma duymadığın onun ismi. Bu ismi duyman üçün onun səsinə ehtiyacın var. Əgər o öz səsi ilə söyləməzsə daha da kimsədən duyanmazsan o isimi. Budur bir qapı göründü getmək üçün bu diyardan... " amma bu gedişin bir qayıdışı varmı?" Onun açarı haradadır- deyə . Dedi o bayaq duymadığın səsi duyduğunda qapıya gərək qalmaz özünü o bulağın yanında bularsan musiqini tamamlamaq üçün.
·
164 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.