Gönderi

Puan vermedi·312 syf.··
2023 3. kitabı
·
100 günde okudu
·
Okunma: 05 Şubat 2023 18:50
Kitabın qayəsin düzü sonlara doğru daha yaxşı başa düşdüm. Kitab mənə insanı şəraitin necə dəyişdiyini və əsas məsələ şəraitdən əlavə onun dəyişməyinə səbəbin insanın özünün içində dərinlikdə yatan mənliyinin təsir elədiyini göstərdi. Yəni “Breaking Bad” serialında olduğu kimi orda uşaqlar əslində tam olaraq şəraitə görə məcbur qalıb vəhşiləşmədilər. Vəhşilik onların canında elə onlar dünyaya gələndən var olub, vəhşilik hər zaman onların bir parçası idi və sadəcə üzə çıxmağa şərait tapıb özünü göstərdi. Ralf isə hər birindən fərqli olaraq ən çətin şəraitdə belə insani hislərini və davranışlarını qorudu. Hər kəsə tövsiyə oluna biləcək kitabdır.
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201797,3bin okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.