Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Və heç nə qalmadı...
Məktəb vaxtı sinif rəhbərimiz bizi həftə sonu şəhərətrafı istirahət guşələrindən birinə aparacağını demişdi. Pul yığılmışdı, danışmışdıq, artıq uşaqlarla birgə orada necə əylənəcəyimizi də planlaşdırırdıq. Lakin sinif rəhbərimiz səhhətimlə bağlı məni apara bilməyəcəyini dedi və mən gedə bilmədim. Uşaqlar gəzintidən qayıtdıqdan sonra isə elə hey orada necə gəzdiklərindən, əyləndiklərindən, oynadıqları oyunlardan danışırdılar. Təbii ki, onlar heç biri bunu qəsdən, xətrimə dəymək üçün etmirdilər, lakin söhbətləri, müzakirələri mənə pis təsir edir, məni qıcıqlandırırdı. Belə hallar universitet zamanlarımda da bir neçə dəfə təkrarlanmışdı. Buna görə də ta o vaxtlardan kiminləsə nəsə planlaşdıranda, lakin həmin adamla həmin şeyi reallaşdırmaq alınmayanda o barədə o şəxslərin yanında deyə-gülə, türklər demiş, "ballandıra-ballandıra" danışmıram. Abel Sançes Xuakinlə birgə böyümüşdü. Uşaqlıqları, gənclikləri və yetkinlik çağları da birlikdə keçmişdi. Əslində, bəlkə o da Xuakinin qəlbindəki qərəz və qəzəbi duyurdu, sadəcə buna inanmaq istəmirdi. Daim özünü inandırmağa çalışırdı ki, dostunun ürəyində pis heç nə yoxdur. Xuakin də qəlbindəki bəd hisləri boğmaq üçün az çalışmadı, az mübarizə aparmadı. Amma nə fayda... İki xanım həyatını onun uğrunda fəda etdi. Neçə həyatı öz nifrəti ilə zəhərlədi. Bacarmadı qəzəbin kölgəsindən hüzurun günəşinə çıxmağı. Bir zərrə mərhəmət qalmışdı ona nicat verə biləcək - bircə zərrə. Onu da öz əli ilə söndürdü Abeli öldürərək. ...Çünki bəzən xoş niyyət toxumlarından da ikrah və kin çiçəkləri açır. Bilirsiniz, bu gözləri görməyən birinə rəsm əsəri hədiyyə etməyə bənzəyir. Ən böyük təsəllilər belə böyük əfsus və təəssüfdən başqa bir şey deyil.
Abel Sançes
Abel SançesMiguel de Unamuno · Parlaq İmzalar · 198987 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.