Gönderi

868 syf.
6/10 puan verdi
·
Liked
·
Read in 60 days
"Otostopçunun galaksi rehberi" kitabı ilə ilk dəfə Barış Özcanın "42'nin gizemi" adlı videosunda tanış olmuşam. Ondan bu yana həmişə diqqətimi çəkib və karantin vaxtı endirimə düşəndə almışdım. Uzun müddət idi ki, rəfimdə oxunulmağı gözləyirdi. Nəhayət 2022 bitməmiş oxudum bitirdim. "Otostopçunun galaksi rehberi" ilk öncə 1978-ci ildə BBC üçün radio proqramı olaraq hazırlanıb. Daha sonra sevildikcə davamı gəlib, filmi, serialı çəkilib, kitabı yazılıb. Seriya 5 kitabdan ibarətdir: Otostopçunun galaksi rehberi Evrenin sonundaki restoran Hayat, evren ve her şey Elveda ve bütün o balıklar için teşekkürler Çoğunlukla zararsız Bundan əlavə yazarın ölümündən sonra qeydlərindən, xatirələrindən, məktublarından, həyatından, yarımçıq qalmış hekayəsindən ibarət "Kuşkucu somon" adlı kitab da nəşr olunub. Bunu bir növ seriyanın 6-cı kitabı saya bilərik. Kitabda macəra kosmik yolun inşası üçün Yer kürəsinin partladılıb aradan qaldırılması ilə başlayır və bu zaman iş üçün Yer kürəsində olan yadplanetli Ford Perfect və dünyalı Arthur Dentin kosmik gəmiyə otostop çəkməsi ilə davam edir. Kitabda bol-bol ingilissayağı zarafatlar mövcuddur. Həmçinin həyatın mənası olaraq düşünüb, hesablayıb 42 rəqəmini tapan bir super dərin düşüncə kompüter də var. Kitabdan sonra 42 rəqəmi bir növ modern mifə çevrilib) Çox əyləncəli və maraq dolu başlayan seriya üçüncü kitabdan etibarən zəifləməyə başlayır və oxunması çox böyük səbr tələb edir. Həqiqətən istəyən oxucular oxuyub bitirə bilər mənə görə) "Biliyor musun?" dedi Arthur, "böyle zamanlarda, yani Betelgeuselü bir adamla bir Vogon havakilidine tıkılıp kaldığımda ve uzayın derinliklerinde havasızlıktan ölmeme azıcık bir zaman kaldığında, keşke gençken annemi dinleseydim diyorum." "Neden, ne derdi sana?" "Bilmem, hiç dinlemedim ki."
Otostopçunun Galaksi Rehberi (5 Kitap Bir Arada)
Otostopçunun Galaksi Rehberi (5 Kitap Bir Arada)Douglas Adams · Alfa Yayıncılık · 20213,964 okunma
·
737 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.