Kitabı oxuyarkən bəzi səhnələrdə qanım dondu. Sürükləyici kitabdır, kitabı bağlayıb qırağa qoymaq mümkün deyil. Bitirmədən qapağını bağlaya bilmədim, bir oturuşda oxudum. Əgər qorxu, sevgi, gerilim janrında kitab axtarırsınıza bu o kitabdır. Bəzi yerləri klişe gəlirdi, Collenin bütün kitablarında bu klişelik var.
Kitabdakı personajlara öyrəşmişdim artıq. Sanki əsl həyatda varmışlar kimi idi. Qadın personajının həyat yoldaşı uşaqlarını daha çox sevməsi ilə başlayır bütün hadisələr. Oxuyun, oxutdurun..