Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
10/10 puan verdi
·
25 saatte okudu
Kəpənək effekti ilə yazılan Lev Tolstoy əsəri
Lev Nikolayeviç Tolstoyun "Saxta kupon" hekayəsini bitirdim. Rus klassikası ilə, 2022ci ildə Fyodor Mixayloviç Dostoyevskinin "Yeraltından qeydlər" kitabını oxumuşdum və çox bəyənmişdim. İndi başlayaq L.Tolstoyun "Saxta kupon" kitabından. Kitab haqqında versəm məlumat, kiçik yaxşılıqlar xoşbəxtliyi, kiçik edilən pisliklər nə cür böyük bir fəlakətə gətirir. İndi deyəcəklər düşünürəm ki, bir xırda pisliyin hesabına yaranan təhlükə deyil bu kitab. Bunu oxuduqca, bir yerdə oxuduğum yanğın söndürməyə gedən arı gəldi. Hərkəs vedrələri ilə yanğını söndürməyə çalışırlar, arı da ağzında bur damcı suyu aparır alovun üstünə atır. Bacardığım budur deyir hərkəsə. Yəni sözüm ondadır ki, hərkəs bu dünyada çoxlu yaxşılıq və ədalətli davransa, hərkəs edilən haqsızlıqları da deməyə başlasa, o zaman dünya başqa dünya olardı. Flora Kərimovanın "Əzizim" mahnısının sözlərində aid etmək olar. "Əzəl gündən dünya yalan dünyadır, Baha satan, ucuz alan dünyadır, Arzularım nakam qalan dünyadır, Dağılanı düzmək olmur əzizim." "Parlaq İmzalar" hər zaman olduğu kimi, yenə məni xoşbəxt etdi. Tərcüməçi, Zahid bəy Sarıtorpaq təşəkkürlərimi bildirirəm, nəşriyyat evinə böyük təşəkkürlərimi bildirirəm, çox gözəl kitablar seçir və çox gözəl tərcüməçilər seçir.
Saxta Kupon
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 2022329 okunma
·
149 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.