Gönderi

424 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Rövşən Abdullaoğlu: "Relslər üzərinə uzanmış adam"
Sevimli yazarımın qələmindən sayca oxuduğum əsrarəngiz 7-ci kitab. Kitab haqqında qəlbimin sarı siminə toxunan, kədərli təəssüratlarım var. Roman, relslər üzərində intihara qərar vermiş Dorian və Faruq adlı bir-birinə yad iki gəncin kəsişən taleyindən bəhs edir. "Mən nə üçün varam?" Nə üçün yaşayıram?" suallarına cavab axtaran "həmrelslər" öz keçmişləri haqqında danışarkən özləri də bilmədən bir-birini təsəlli edirlər. Keçmişlə yaşamaq nə sağalmaz bir zillətdir, İlahi? Müharibə - unudulmaz dəhşətlər. Balkanlarda baş verən münaqişələrin ağır nəticəsi, Srebnitsa qırğınları və bütün bunların bədəlini ödəyən bosniyalı, serb, xorvat qadınlar və uşaqlar. Adriana da onlardan biridir. O, balacalığından bəri boşnaklara nifrət ruhunda tərbiyə edilsə də, bosniyalı müsəlman olan Əminlə tanışlığı onu bu "düşmən" sandığı millətin nümayəndəsinə əməlli-başlı aşiq edir. Bir tərəfdə əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc müharibə, digər tərəfdə isə ən ağır sınaqlardan qalib çıxan SEVGİ. Sevdikləri uğrunda canından keçməyə nə var ki? Əsas hünər sevdikləri uğrunda hər gün ölüb-dirilərək yaşamaqdadır. Bu kitab mərhəmət və sevgi kimi ülvi hisslərin bütün şərlərə, savaşlara və çətinliklərə qalib gələcəyinə inanan insanlar üçün yazılıb. Dünyanın hər hansı yerində müharibədən əziyyət çəkən bütün insanlara. Qeyd edim ki, Rövşən Abdullaoğlunun məhz bu kitabı 2022-ci ildə Mayamidə keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. Üç dildə (Azərbaycan, Rus və İngilis) nəşr olunub. #oxuyun #oxudun
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,082 okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.