Puan vermedi·200 syf.··Beğendi
···Okunma: 16 Şubat 2023 12:31 Sevgi bir sənətdir? Sevgi bir sənətdirsə, o zaman məlumat və səy göstərməyə ehtiyac var.
Erich Fromm-un Sevmə sənəti kitabı ancaq qarşı cinsə duyulan sevgidən bəhs edən bir kitab deyil. Bu gözləntiniz varsa, bu kitabı onu bir kənara qoyaraq oxuyun. Fromm sevməyin də bir sənət olduğunu, onun üçün digər sənət sahələrində çalışdığımız kimi çalışmağımızın lazım olduğunu oxuyucuya çatdırır. Hər bir sənət sahəsi disiplin, səbir, çalışqanlıq tələb edir. Sevgi də elədi. Sevginin bələdçisi yoxdur, hər bir insan tək başına bunu öyrənməlidir. Ugur, pul qazanmaq üçün o qədər enerji sərf edirik ki. Bəs görəsən sevmək üçün də çalışırıq mı? Yoxsa onun bizə hazır gələcəyini düşünürük? Zəhmətsiz heç bir şey qazanılmadığı kimi, sevgi də qazanılmır.
Kitabın bir hissəsi var ki, hər gün oxunulub nəticə çıxarılasıdır. Nevrozlu sevginin təməlini ələ alan bu hissədə, kiçik yaşlarda ata, ana sevgisinin gələcəkdəki ailə həyatlarına olan təsirini açıqlayır. Ata ana sevgisinin, hədsiz dərəcədə sevgisinin nəticələrini demək olar ki, hər gün ətrafımızda görürük, amma fərqində deyilik. Bu insanların zəkası sosial olaraq gerçək yaşında olsa da, duyğusal olaraq 2, 5 və ya 12 yaşındadır. Yaşı böyüyüb, amma zəkası böyüməyən nə çox insan var ətrafda. Özü yetkin biri olmağına baxmayaraq, ailəsinin sözündən çıxa bilməyən. Həmin insanlar özləri ailə quranda əsl faciə başlayır. Kitabın bu səhifələrini dəfələrlə oxumağa dəyər.
Sevginin psixoloji yanaşmalarla izahı sizə maraqlıdırsa, mütləq oxunmalı kitabdır.
"Sevgi olmasaydı, insanlıq bir gün belə var ola bilməzdi."
Sizcə sevgi bir sənətdir?