Gönderi

224 syf.
10/10 puan verdi
·
Read in 23 days
"Dərin iş" və ya "Deep Work" adlı bu kitabda (Bundan sonra pürdikkat olaraq qeyd edəcəm) burada fikirlərimi çatdırmağa çalıaşcam. Kitabın əsas forması niyə pürdikkat işləməliyik və bunu necə edəkdir. İlk bölümdə pürdikkat işləməyin mahiyətindən, qazanclarından, fokuslanaraq işləməyin əhəmiyyətindən danışır yazar, bir çox fərqli nümunələr, elmi araşdırmalar və məqalələrdən fikirlər irəli sürür. Oxuyucuya tam olaraq fokuslanaraq işləməyin vacibliyini izah etməyə çalışır. Buna çalışarkən də bir neçə fərqli növ manelələrdən söhbət gedir. Emaillərə baxmaq, sosial şəbəkələrdə vaxt öldürmək, diqqətimizi dağıdacaq bir məkanda işləməyə çalışmaq, "multitasking" etməyə çalışmaq kimi bir çox məsələni sadalayan yazar hər birinin məhsuldarlığa nə qədər böyük ziyan vurduğunu izah etməyə çalışır. Bəzi misallar gətirərək bunu qısaca izah edə bilərik deyə düşünürəm (yazarın verdiyi misallardan). Emaillər iş zamanı nə qədər vacib olsa da tapşırığımızı yerinə yetirərkən işimizi yarım qoyub "vacib" olduğu düşünülən bir emailə keçid etdikdə, həm o email üzərində vaxt ititirik, həm də yenidən işimizə qayıdıb fokuslanıb çalışmaqda çətinlik çəkirik. Digər məsələ A işini bitirməmiş B işinə keçdikdə diqqətimizin bir qismi A işində qalır və bu da bizə B işinə tam fokuslanmağa mane olur. Öz başımıza nə qədər gəlib dərs oxuyanda ya da işləyərkən: tam fokuslanıb bir işi görməyə çalışırsan, 5 saniyəlik bir söz soruşma və ya telefonda gələn bildiriş bütün diqqətini dağıdır. Ən yaxşı halda təkrar 1 dəqiqəni ayıraraq nə etdiyini xatırlayıb fokuslanmağa çalışmaqla vaxt itirirsən. Ən pis halda isə bir də ayılırsan ki 5 saniyəlik bildiriş olub 1 saat və sən hələ də sosial şəbəkədən çıxıb işinin (dərsinin) başına qayıda bilməmisən. Kitabın ikinci bölümündə yazar bir çok taktikalar və ya formalar göstərək həm bu dəqqət dağıdıcı məsələlərdən necə qurtula bilərik, həm də fokuslanmağımızı (pürdikkat işləməyi) necə daha yaxşı şəkildə edə bilərik onları izah etməyə çalışır. Məncə hər kəsin vaxt ayırıb oxuması gərəkli olan kitablardan biridir. Nə də olsa, günü gündən pürdikkat işləməyin dəyəri araraq gedir. Həmçinin pürdikkat işləməyin verdiyi faydaların ardı-arası kəsilmir. Ən azından yoxlamağa dəyər. İnidən oxuyacaq hər kəsə xoş mütaliələr..
Pürdikkat
PürdikkatCal Newport · Metropolis Yayınevi · 20191,923 okunma
··
508 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.