Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

BU ÖMÜR YOLUNDA ZARAFAT OLMAZ
Bir odlu nəfəssən neyi dindirən, Bəs nədən könlümü dindirməyirsən. Bir içimlik susan təşnə söndürən, Bu ürək yanğını söndürməyirsən. Sən aylı, ulduzlu bir asimansan, Bəs nədən ömrümə salmırsan işıq. Mən kiçik zərrənəm, sənsə bir ümman, İndi bəs nə üçün başqalaşmışıq. Sən bir bahar mehi ətrin, rahiyən... Bəs hanı saçımda əlinin odu. Qışın qarı yağır saçıma dən-dən, Yazıq mən, sənin heç xəbərin yoxdu... “Bir əsim küləyə” dönmə yolumda, Bu, ömür yoludur, zarafat olmaz. Yandınmı, elə yan, sönmə yolumda, Adımı odunla bu yollara yaz... Payıza bənzərsən səxavətində, Mənsə ülfətindən uzaq kimiyəm. Dənizə bənzərsən məhəbbətində, Mən yelkənsiz qalan tənha gəmiyəm... Beləcə gedirəm. Nə səs, nə səda, Saya salmayıram mən tufanları. Köksü enib-qalxan coşqun dəryada Yenə can atıram sahilə sarı. Bəlkə qumlar üstə tənha iz qalıb, Bəlkə qoşa qalır izimiz yenə. Bəlkə bu sahildə səsimiz qalıb, Qarışıb dənizin nəğmələrinə. Beləcə sahilə can atıram mən, Ömrümün, günümün bu xəzan vaxtı. Yağır qışın qarı saçıma dən-dən, Yazıq mən, səninsə xəbərin yoxdu.
Sayfa 158
··
410 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.