Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
8/10 puan verdi
Xəlil Cibranın "Ermiş" kitabının ardınca yazdığı "Ermişin Bahçesi" 2 hissədən ibarətdir: "Ermişin bahçesi" və "Lazarus ve sevgilisi". Birinci hissədə hadisələr Mustafanın illər sonra öz doğma yurduna qayıtması ilə cərəyan edir. Oxuduqca Mustafanın həmyerliləri ilə etdiyi söhbətlər, öz daxili düşüncəsi insanı öz iç dünyasından ayırıb, yüksəkliklərə qaldırır (ya da dərinliklərə endirir). Yazarın Mustafanın dili ilə kitaba axıtdığı fəlsəfi düşüncələr isə kitaba ayrı bir rəng qatıb, oxucunu bir çox hallarda dərindən düşünməyə vadar edir. İkinci hissədə isə hadisələr İsanın ölü Lazarusu ailəsinin istəyi ilə diriltməsindən sonra başlayır. Lazarus ailəsinin bu istəyinə öz etirazını nitqi və hərəkətləri ilə dəfələrlə bildirir. Sonda isə ailəsindən ayrılıb ölüykən qovuşduğu sevgilisinin ardınca gedir. Yekunda isə deyə bilərəm ki, "Ermiş" qədər olmasa da (çünki ilklər bir başqa olur), kitabı çox bəyəndim. Oxuduqca sanki kitabda yer alan personajlarla deyil, Xəlil Cibranın özü ilə həmsöhbət oldum. Şiddətlə tövsiyyə edə bilərəm. Xoş mütaliələr və oxumalar.
Ermişin Bahçesi
Ermişin BahçesiHalil Cibran · Martı Yayınları · 202114,7bin okunma
·
55 görüntüleme
Hüseyn Qəhrəmanov okurunun profil resmi
Əsərdə əsas personaj olan Mustafa kiminə görə Məhəmməd peyğəmbəri, kiminə görə isə İsa peyğəmbəri təmsil edirmiş🤌🏻
Vəsilə okurunun profil resmi
Məhəmməd peyğəmbər ağlıma gəlməmişdi heç, ancaq düşünəndə məntiqli gəlir 🤔
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.