Gönderi

272 syf.
·
Puan vermedi
*Yusif Səmədoğlu "Qətl günü" romanı haqqda düşüncələrim* Romanın 3 süjet xətti var. Ağa Məhəmməd şah Qaçar işğalı ilə repressiya dövrü arasında parellelik yaradılıb. Romanda bir çox obrazlar var. Zülfüqar kişi, Mahmud bəy,Tatar təmir, Bu bir süjet xəttində olan obrazlardır. Digər bir sujet xətti daha qədim bir dövrü - Şah hakimiyyətini ehtiva edir. Əsərdə Şah, onun ən yaxın xidmətçisi Xacə Ənvər, şairlər, Üfləmə Qasım,və.s digər obrazlar iştirak edir. 3 cü Sujet xətti 1-ci sujet xətti ilə əlaqədardır. *I sujet xətti* Zülfüqar kişinin bir xəstəliyi var. O qəribə yuxular görür. Öldürdüyü şəxs onun daima yuxusuna daxil olur. Tatar Temir, Həkim Mahmudu Zülfüqar kişini müayinə etməsi üçün gətirir. Zülfüqar kişinin yaşlı olmasına baxmayaraq gümrah idi. Bircə gördüyü yuxular onu narahat edirdi. Bir gecə, yuxudan oyanıb pəncərədən boylandı da birinin onu çağırdığını görür. Yanına gedir. Əslində isə bu real deyil di. Xəstəliyi səbəbi ilə kiminsə inu çağırdığını düşünürdü. Səhər açıldı da Zülfüqar kişinin çay kənarın da ölüsünü tapırlar. *II süjet xətti* Şah hakimiyyətinin təsviri var. Hökmdarın uzun müddətdir elə keçirmək istədiyi bir qala var. Bu qalada yaşayan bir neçə şair hökmdarın yanına gəlib. Yaraların da olan və onunla yola etmədikləri bir şairinin öldürülməsini sağdan xahiş edirlər. Şair çox qəribə olur. O bildirir ki, mən çox ərazilər görmüşdüm amma hələ şairin şairin ölümünü istəməsi ilə qarşılaşmamışam. Bura da müəllif müəyyən siyasi məsələlərə toxunmuşdur. Bu şah çıx qəddar idi. Onun Xacə Ənvər adlı bir köməkçisi var idi. Xacə Ənvər hər zaman Şahin yanın da olardı. Şah istədiyi qalanı elə keçirir. İnsanları qətlə yetirir. Saray xanini edam etdirir. Şairi də digər şairlərin istəyi ilə edam etdirir. Şairə böyük hörməti olan Üfləmə Qasım adlı bir şəxs onun əlyazmalarını qoruyub saxlayır. Başqa bir əraziyə gedir. Yol da anaları və ataları ölmüş uşaqlar la qarşılaşır. Onlara atalıq edir. Ancaq bir gün Güclü bir küləş baş qaldırır. Bu Külək Baba Kaha quyusundan çıxırdı. Kəsdiyi yeri dondurub buza çevirirdi. Burada fantastik səhnələrə rast gəlirik. Sah ve onun bütün adamları buza dönür. *III süjet xətti* Bura da bir xəstə obrazı təsvir olunur. Onu müalicə etməyə həkimlər gəlirdi. Bu xəstənin Selime adlı bir qonşusu var. Selimenin rəhmətlik atası Əşrəf bir yazıçıdır. Öz xatirələrinin təsvir olunduğu bir gündəlik var. Əşrəf kişi gün ərzində də başına gələn hər bir hadisəni bura da qeyd edib. Xəstə gündəliyi oxuyur. Bundan sonra ki hadisələr gündəlik də təsvir olunanlardır. Bura da biz Kərimli adlı bir mənfi obraza rast gəlirik. Bir gün Kərimli bir toplanış təşkil edir və Əşrəfi də çağırır.Bura da elmi kartof məsələləri müzakirə olunur. Əşrəfi Kerimlidən heç Xosu gəlmir. Toplantıdan qəzəbli olaraq qayıdır. Qısaca məzmunu nəzərinizə çatdırmaq istədim. Onu da qeyd edim ki, sında Xəstə obrazı olur.son anların da dilindən "Qətl günü" sözləri tökülür. Sərin özü həqiqətən çox mürəkkəbdir. Amma bir o qədər də maraqlıdır. Siyasi məsələlər, dövrün siyasi problemləri çxo gözəl şəkil də göstərilmişdir. Hər birinizə oxumağı tövsiyə edirəm. Xoş mütaliələr.
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014110 okunma
·
136 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.