Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bəzi cəmiyyətlərdə başqalarını idarə etmək istəyi fərdi azadlıqlar arzusundan o qədər qüvvətlidir ki, onlar birincinin uğruna digərini tamamən qurban verməyə hazırdırlar. Onlar ordudakı əsgərlər kimi, bütün həyatlarını generalın əllərinə təslim etməyə razıdırlar, yetər ki ordu qalib gəlsin və özü də müzəffər ordunun əsgəri olduğu üçün qürur duya bilsin. Fəqət onların həqiqi qələbədə pay sahibi olması sadəcə illüziyadan ibarətdir. Səlahiyyətləri və funksiyaları qanunla məhdudlaşdırılmış, fərdlərin işinə və həyatına müdaxilə etməyən, himayədar obrazına girmədən çox şeyi axışına buraxan idarəçilik bu tip millətlərin çox da ürəyincə olan forma deyil. Onlara görə idarə səlahiyyəti çoxluğun əlində olduğu təqdirdə, total nəzarət, despotik basqı və sərhədsiz gücün mümkünlüyünün qarşısı alınır. Onların içindən ortastatistik fərd nə qədər cüzi ehtimalla olsa belə, güc və nəzarət imkanına malik olsa, bu güc və nəzarəti yurddaşı üzərində realizə edərək onun özü və digərlərinə potensial təsirinin qarşısını almaq üçün istifadə edər. Bərabərlik onlar üçün dəyərdir, amma azadlıq bərabərlik qədər rəğbət görmür. Siyasi proseslərdə də vəziyyət eynidir: gedişat mövqe savaşı üzərində qurulub. Siyasi partiyaların rəqabəti hər şeyə müdaxilə və nəzarət etmək iqtidarının bir partiyaya mı ya digərinə mi və ya bir başqa qrupa mı qismət olacağı uğrunda mübarizədən başqa bir şey deyil. Onların demokratiyadan anladıqları şey güc və nəzarəti bir qrupun və ya ailənin əlindən alıb çoxluğa verməkdir. Onlara görə total nəzarət və mütləq güc labüddür, amma bir ailənin sərəncamında yox, çoxluğun əlində.
Sayfa 131Kitabı okudu
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.