Röya

@roya23
7/10
·440 syf.··
2023 1. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Mart 2023 19:42
Aylar sonra nəhayət ki, diqqətimi bir yerdə cəmləşdirə bilib, hansısa bir kitabı yarıda saxlamadan oxuyub sona çatdırmağı bacardım. Çoxdandır oxumaq istədiyim kitablardan biri idi. Əsər mənim emosiyalarıma təsir göstərə bildi, bu isə tez-tez baş verə bilən bir hadisə deyil, çünki bütün oxuduğum kitabları özümküləşdirib,orada baş verən hadisələrə əsəbiləşə və ya kədərlənə bilmirəm. Bu əsəri fərqləndirən səbəb isə,müəllifin hissləri bayağılaşdırmadan ötürürməyi, süni şəkildə oxucuda kədər, əsəb yaratmaq cəhdi göstərməyə çalışmamağı oldu. Digər oxuculara məsləhət görə bilərəm. Məzmun barədə isə yazmağı sevmirəm. Həm dayana bilməyib bütün kitabı yazacam deyə, həm də onsuzda kifayət qədər bu yöndə postlar var deyə.
Tufanlı YoxuşlarEmily Brontë · Qanun Nəşriyyatı · 201758,1bin okunma
·
263 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.