Gönderi

Əl aman, ey dil, fəğanım, ahuzarım keçmədi, Yaş da keçdi, gün də keçdi, intizarım keçmədi... Harda itdim mən, Xudaya, sən bilərsən yaxşısın, Hansı yoldan mən keçib getdim ki, yarım keçmədi...?! Hər cümə hicr atəşindən ağrılar peyda olur, Öpmədin heyf ağrayan yerdən nigarım, keçmədi... Məhrəm insanlar duyarlar ayrılıq zənguləsin, Yaxşı ki, naəhlə "sənsizlik" azarım keçmədi... Asdı dünya boynuma nakam məhəbbət kəndirin, Şükrənallah ki, həyata intiharım keçmədi... Eşqin imkan vermədi təhvil verim dövranımı, Yorğun arğın körpülər keçdim, qatarım keçmədi... Əhd edib, sevdanı qəlbimdən keçirtdim sap kimi, İynənin ensiz gözündən mülkü-varım keçmədi... Yandırıb atdım cahan təqvimlərin, zikr eylədim, Gördüm üç mövsüm keçirtdim, bir baharım keçmədi... Xərclədim bir şe'rə xatir bir ömür sərmayəsin, Bir dua qəlbimdən, ey Pərvərdigarım, keçmədi... Abdullah Abbaslı
·
52 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.