Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Ruhuna vuruldum, Hugo!
Deməli, belə. Öncəliklə, Victor Hugo yaradıcılığına başlamadan öncə bu kitabı oxuduğum üçün çox məmnunam. Çünki yazıçının həyatı, uğurlu yazıçı olma yolunda mübarizəsi, ilham qaynağı haqqında bu kitabdan yaxşı mənbə ola bilməzdi. Əsl sevgi hekayəsini, bir insanın öz sevdiyinə olan hislərini, duyğularını, sevincini, qısqanclığını, bəzən də "üsyan"ını əks etdirdiyi üçün kitabı çox sevdim. Adelenin yerində olsam, necə olardı, nə düşünərdim deyə fikirləşmədən də oxuya bilmədim. Yazıçının 18-20 yaşında olmasına baxmayaraq, həyatı dərk etmə tərzinə, dünyaya baxış şəklinə, sevgisini ən təsirli şəkildə ifadə etməsinə heyran qaldım. Adele çox şanslı imiş :) "Başka biçimler altında da olsa sürekli aynı şeyleri tekrar ettiğim için beni affet." Sadəcə Adeleyə qarşı hiss etdiyi dərin sevgini, hislərini sübut etmək üçün özünün də dediyi kimi səhifələrcə eyni şeyləri oxumaq kitabı mənim üçün 8/10-lik etdi. Kitab haqqında oxuduğum digər rəylərdən fərqli olaraq mən kitabı yazarın və nişanlısının sonrakı həyatı ilə əlaqələndirərək dəyərləndirmək istəyirəm. Kitabı oxuduqca yazarın həyatı haqqında araşdırma etmiş biri kimi deyə bilərəm ki, əgər həyatlarının sonrakı mərhələlərində bir-birinə xəyanət etməmiş olsa idilər, kitabın mənim üçün dəyəri çox başqa olacaqdı. Çünki oxuduqca bəzi yazılanların əməlləri ilə təşkil etdiyi təzadı qəbul edə bilmədim. Düzdür, zamanın nə gətirəcəyi bəlli deyil, böyük danışmaq istəmirəm, amma kitabda haqqında çox bəhs etdiyi sədaqət duyğusuna sahib olmalarını görmək istərdim. Nəticədə "Ben hayatımı sadakate adadım." deyən adamdır Victor Hugo. Bilməyənlər üçün qısaca bildirim ki, Victor Hugo həyat yoldaşı Adelenin ən yaxın dostu ilə münasibəti olduğunu öyrənir, amma buna rəğmən həyatlarının sonuna qədər evli qalırlar. Hətta məktubunda illər sonranı öncədən görmüş kimi bu haqda yazdığı bir hissə var: "Bir süre önce bana, zina halinde görürsem, karımı öldürüp öldürmeyeceğimi soran insanlara sadece, ölecek olan ben olurdum cevabı verdiğimde, nasıl alaylara konu olduğumu duymadın bile." Bundan 8 ay sonra özü Juliette ilə tanış olur, ömrünün sonuna kimi də onunla münasibətini davam etdirir. Hətta yazdığı kitabları ilk ona oxudur, onun fikirlərini önəmsəyir, çoxlu məktublar yazır. Nişanlısına olan məktublarında Adelenin əsərləri haqqında fikirlərini önəmsədiyini bildirir və belə yazır: "Birleştiğimiz zaman, sevgili dostum, bana ilham verecek olan, her yapacağım șeyde danışacağım kişi sen olacaksın." İndi deyən lazımdır, burda bunu oxuduğum, reallıqda isə əsərlərinin ilk oxuyucusunun sevgilisi olduğunu bildiyim halda necə xəyal qırıqlığı yaşamayım mən? Üstəlik, yazıçı kitabdakı məktublarından birində yazır: "Evet, hayatımda bir an bile olsa senden başkasını düşünseydim, sen benim için tüm kadınlara bedel ve üstelik onlardan çok daha üstün olmasaydın ve bir gün böyle düşünmekten vazgeçseydim hem senin gözünde hem kendi güzümde değersiz ve aşağılık olurdum, ama o gün asla gelmeyecek." Amma o gün gəldi, həm də bir ömür boyu davam etdi. Kaş ki əsl həyat hekayələrini bilməsə idim, onda bu cümlələr çox təsirli və dəyərli olardı mənim üçün. Lakin bunu da qeyd edim ki, kitabı oxuduqca hər nə qədər bu yazdıqlarımı ağlımdan çıxara bilməsəm də, Hugonun məktubları mənim üçün çox dəyərlidir. Həyatının davamı necə olur-olsun, bu məktubların onun saf duyğularının carçısı olduğuna inanıram. 18-20 yaşlı gənc bir oğlanın ruhunu, duyğularını ən çılpaq halı ilə gördüyüm üçün şadam. Sonradan, bəlkə, hisləri dəyişibsə belə, bu gənc oğlanın öz nişanlısına ən dərin sevgi və hörmətlə bağlı olduğuna çox inanıram. Sonunda Adelenin ikna olub-olmadığını bilmirəm, amma mən oldum şəxsən, əziz Victor :) Son bir şey daha. "Biliyor musun ki, tüm yaptıklarım senin uğruna ve bu amaç olmasaydı, ben bir hiç olurdum?" deyir Victor. Sizə də bəzi obrazları xatırlatmadı bu sevgi? Şəxsən mənə Oblomovu, ən çox da Martin İdeni xatırlatdı. Hazırda mənim üçün Victor Hugo = Martin İden, sonu da ölümlə bitsə idi, tam olacaqdı :) Amma yaxşı ki dünya bu möcüzədən məhrum qalmadı. Belə, bir sonrakı rəydə görüşənədək!
Nişanlıya Mektuplar 1820-1822
Nişanlıya Mektuplar 1820-1822Victor Hugo · İş Bankası Kültür Yayınları · 2022589 okunma
·
164 görüntüleme
ebru loğoğlu okurunun profil resmi
Kitap için yazılabilecek en güzel yorumlardan birisi olmuş 👌🏽😍
Sabina Isazade okurunun profil resmi
Çox təşəkkür edirəm 🌸🫠
Samira Bairamova okurunun profil resmi
Çox gözəl yorumlamisan ❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.