Gönderi

250 syf.
2/10 puan verdi
Dinlə məni, Məsudə Cabbarın oxuduğum ilk kitabı oldu və yəgin ki, ilk və son kitab olaraq qalacağ. Kitabı çox böyük bir həvəslə əlimə aldım. Çünki, Azərbaycanda gənc yazıçıların fəaliyyətini hər zaman dəstəkləmişəm. Amma bu kitab təəssüf ki, məni çox böyük bir hüsrana uğratdı. Dinlə məni, heç bir ədəbi dili olmayan, çox sadə, sanki 10-15 yaşlı bir yeniyetmə tərəfindən yazılan bir kitab təsiri bağışladı mənə. Kitabın əsas mövzusu iki gəncin bir-birinə duyduğu saf hisslərdir. Mövzu orijinal bir mövzu deyil, anlatım tərzi çox yavan, sadədir, məkan təsvirləri çox zəifdir. Yəni, kitabı oxuyarkən həmin o məkanın abu -havasını hiss edə bilmirik. Məsələn Dostoyevski oxuyarkən hiss etdiyimiz o tutqun, sərt havanı və ya Tolstoy oxuyarkən hiss etdiyimiz təbiətin rənglərini bu kitabda yazılan məkanlar üçün, əşyalar üçün hiss edə bilmirik . Kitabın sonu, köhnə türk filmlərindən götürülüb. Kitabın əvvəli isə bir-birini dolayı yolla tanıyan iki gəncin bir -biri ilə əvvəlcə mesajlaşması sonra üz-üzə görüşməsi haqqındadır. Fikrimcə belə hekayələr wattpad platformasında çoxdur. Və yenə mənim fikrimcə bu kitab wattpad kitabıdır. Kitabın ən sevmədiyim hissəsi çoxlu , mənasız kitabda yazılanlar ilə heç bir əlaqəsi olmayan, sadəcə səhivə sayını artırmaq üçün yazılan əlavə məlumatlar oldu. Məsələn, kitabın bir hissəsində, obrazlardan biri Günəş sözünü istifadə edir və yazıçı həmin bu hissədə Günəşin yaranmasından tutmuş antik yunan mədəniyyətinə qədər məlumatlar verməyə başlayır. Bu, bir -iki dəfə təkrarlansa normal qarşılana bilər amma hər dəfəsində bunu təkrarlamaq doğru deyil. Bundan əvvəl Rövşən Abdullaoğlunun "Relsler üzərinə uzanmış adam "əsərini oxuyarkən də həmin kitabda da çoxlu belə məmulatlar istifadə edilmişdi.Amma Rövşən Abdullaoğlu bunu öz yazdığları ilə elə gözəl əlaqələndirmiş və təsvir etmişdir ki heç bir absurdlug və mənasızlıq hiss olunmurdu. Amma Dinlə məni kitabında sırf səhivə sayı artırmaq üçün, yazılan hər sözə uyğun, heç kimə lazım olmayacaq məlumatları oxumaq oxucunu yorur. Bundan əlavə kitab məntiqi xətalar ilə doludur. Onlardan bir ikisini bölüşmək istəyirəm. Deməli, kitabın hələ əvvələrində, kitabdakı xarakterlərdən biri oxuduğu bir kitab haqqında mesajlaşdığı insana danışır. Kitabın adı "kurtlara söyle eve döndüm" idi səhv etmirəmsə və mövzusu gənc bir qızın öz dayısına aşiq olması haqqındadır. Və həmin xarakter bu kitabı çox sevdiyini çox təsirləndiyini anlatır. Bura qədər hər şey normaldır. Kitabın ortalarına doğru isə elə həmin xarakter bu dəfə öz xalası oğlu ilə evlendiyinə göre ən yaxın rəfiqəsini günahlandırır və qohum evliliyinə, bir qızın öz qohumunu sevə bilməsinə inanmır və bunun sırf ailəsinin təkidi olduğunu söyləyir. Məntiq xətasıda burda yaranır .Eyni bir insan bir tərəfdən qohumlar arasında sevgi evlilik əlaqəsinə pis baxdığı halda digər tərəfdə oxuduğu bir kitabda, gənc ,15 yaşlı bir qızın oz dayısı ile əlaqəsini, onunla munasibətdə olmasını,onu sevməsini çox böyük açıq düşüncə ilə qəbul edir. Burdan da belə çıxır ki bizim yazıçımız xaricdə ki bu cür əlaqələri çox normal , aydın düşüncə ilə qəbul etdiyi halda Azərbaycanda gənc bir qızın öz qohumu (xalası oğlu)ile evlənməyini geri düşüncəlilik kimi qəbul edir. Artıq burda sual meydana çıxır Avropada olan belə hadisələri qəbul etmək "coolug"əlaməti olduğu halda Azərbaycanda niyə bu geridüşüncəlilik olur. Biraz araşdırma etdikdən sonra Məsudə Cabbarın verdiyi bir müsahibədə" kurtlara söyle eve döndüm" kitabını çox sevdiyini görürük. Deməli burdan bu nəticəyə gəlirik ki Dinlə məni əsəri sadəcə Məsudə Cabbarın ən sevdiyi şeylər üzərinə yazılmış bir kitabdır. Və mən niye bir yazıçının ən sevdiyi musiqiləri ,ən sevdiyi kitabları, ən sevdiyi filmləri onun kitabında oxumalıyam.Kitabi oxuyuruq ki, ya zövq alaq ya da ədəbi cəhətdən bizə nəsə qazandırsın.Əgər yazıçını çox sevsək o zaman onun həyatını oxuyariq və mən heç bir önəmli yazıçının sevdiyi bütün hərşeyi bir kitabda yazmasının şahidi olmamışam. Onda hamımız oturaq,ən sevdiyimiz şeyleri qeyd edib bir iki mənasız lazımsız hekayə eləvə edib kitab çıxaraq.Fikirlərim kiməsə sərt gələ bilər amma bir kitab yazılırsa oxuyucuya təqdim olunursa yazıçı belə fikirlərə ,tənqidlərə hər zaman açıq olmalıdır. Kitabdakı digər bir məntiqsiz cəhət isə iki gənc insanın mesajlaşarkən uzun- uzun mətnlər yazması idi. Qəbul edək ki heç birimiz dərdindən ölsək belə sevdiyimiz insan ilə o qədər uzun mətnlər quraraq danışmırıq axı bu absurddu. Məsələn Doğan Cüceloglunun Gerçek özgürlük kitabında iki insan hər dəfə üz-üzə görüşərək fikir mübadiləsi edirlər.Burda məntiqsizlik yoxdu. Çünki iki insan birlikdə oturub saatlarca söhbət etsə belə yorulmaz. Amma əgər siz mesajlaşaraq söhbət edirsinizsə təbii ki bu qədər uzun mətnlər yazmaq hər iki tərəf üçün də yorucu olar. Kitabda sevmədiyim başqa bir nüans da" p.s" kimi qısaltmadan istifadə edilməsi oldu. Yəni bir bədii əsərdə belə qısaltmalar heç yaxşı təsir oyatmır mən də. Kitabda çox məntiq xətası var amma mənim üçün ən önəmlilərini qeyd etdim. Sonda fikirlərimi yekunlaşdirsam bəyənmədiyim, mənim üçün vaxt itkisi olan bir kitab oldu. Ümid edirəm ki Məsudə Cabbar bundan sonra kitablarında wattpad hekayələrində istifadə olunan mövzulardan əl çəkib, orijinal, məkan təsvirlərinin ,bədii terminlərin, anlatım tərzinin , sözlərin seçilməsinin mükəmməl olduğu bir əsərlə geri dönər. Hər birinizə xoş mütaliələr. Kitablarla qalın. (Yazı səhvlərim oldusa bağışlayın)
Dinlə Məni
Dinlə MəniMəsudə Cabbar · 2016155 okunma
·
297 views
M i r α y okurunun profil resmi
Vaxt itkisi olub 😐 Ama neyləmək olar öncədən bilmək olmur 🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.