Gönderi

·
Not rated
Leopardın adın görəndə sevindim elə bil çoxdan görmədiyim qohumumu gördüm.Qan Ləkəsində görmüşdüm sonuncu dəfə.Yenə xocalı.Bəzi səhifələrdə oxuya bilmədim ara verdim agladım sonra yenə davam etdim əsəbdən səhifələri cırmaq istədim Amansızlıq vəhşilik zəif olan əsəblərimə pis təsir edirdi.Səidə yazıgım gəldi ailənin başına gələnlər Atası İqballa bacısının gözləri önündəki ölümü onda hamıya qarşı bütün insanlıga qarşı nifrət oyadan erməni vəhşiliyi bitmək tükənmək bilməyən işgəncələr Bir yanda ana həsrəti (həyatda olan tək varlıq anasıdır)anasından başqa hamıya nifrət etməsi onu vətən xaini edir digər yanda nə olursa olsun oglunun canı bahasına olsada Anasının mərdliyi vətənpərvərliyi.Əslində biz onun yaşadıqlarını yaşamadan onu yargılaya bilmərik Atəşkəsdən sonra belə əsirlərin taleyi ilə maraqlanılmamısı onu bu qədər nifrət dolu edib unudulmaq Hətta onu əsir edən ermənin ona dediyi sözlər Xocalıda olanlar sizin dövləti idarə edənlərin günahıdır hərşeyi qabaqcadan bildikləri halda sizə yardım gəlmədi.İnsan bunları bilib necə insanlıga ümid bəsləsin axı.Həmdə bu kimi fikrlərlə manqutlaşmışdı Səid.Əvvəlcə dövlətdən gələn köməyə ümid edib olmayıb sonra Allaha sıgınıb dualar edib sonradan Allah da bizi unudub deyə Allahdan da ümidi kəsib .Ümidi gələcəyə dair bir xəyalı olmayan insanın tək varlıgı anasıdır və o yaşasın deyə nifrət etdiyi insnlıga qarşı çıxır onun üçün artıq millətin fərqi yoxdu Azərbaycanlı rus erməni o bütün insanlıga nifrət edir.Birdə heç unutmayacagım ləçək məsələsi.Ələmdarın məntiqi cəldliyi sayəsində ələ keçən erməni Nersesin ölüm səhnəsində sevindim yenə ləçəkli xırda görünən ama böyük bir detay.Elxan Elatlı sən bir şedevrsən sən yazmırsan sən yaşadırsan romanı adama.Agladım sevindim qürur duydum nifrət etdim iyrəndim şükür etdim vütün hissləri yaşadım bu romanda. Mən Leopardlı əsərləri daha çox istəyirəm.Ardı var yəqinki
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn SəsElxan Elatlı · Elgün · 2009933 okunma
·
145 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.