Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ətrafa ətir saçanda gülzar, Ətrin dəyəri olarmı, ey yar! Bülbüllər ötən kimi çəməndə, Qalxır yuxudan bütün çəmənzar. Zahidliyi atmışıq kənarə, Səccadəyə heç uyarmı xummar?! Bir məsləkə uysa cümlə insan, Nə xirqə qalar, nə büt, nə zinnar. Qalx uyqudan, ey xumar baxışlım, Min fitnə edir zəmanə izhar. Bir qəlbi alardı incə dilbər, Minlərlə könül alır bu əyyar. Nə getməyə iz, nə qalmağa üz Məşuqə kədərli, biz giriftar. Hər yarə vurursa, məncə xoşdur, Hər cövrünü çəkməyə gücüm var. Gəl al hər iki cahanımı sən, Yalnız mənə yarı ver, ey ǝğyar! Sədi deyir: uyma çox cahanə, Min zülm eləyib bu köhnə qəddar!
Sayfa 357
·
333 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.