Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

614 syf.
7/10 puan verdi
·
4 günde okudu
Maraqlı başlanğıc, çox maraqlı gedişat, sadə sonluq
Dan Brown-un kitablarını tarixi ardıcıllıqla oxuduğumdan, bu, yazarın oxuduğum dördüncü kitabıdır. İncələməni ilk dəfə məhz bu kitab üçün yazıram, çünki baxmayaraq ki kifayət qədər təriflənən və sevilən əsərdir, əsərin sonu mənim üçün heç də düşündüyüm qədər maraqlı bitmədi. Əsər yazıçının digər əsərlərinin bir çoxu kimi bəşəriyyətə aydın olmayan sirrə vaqif olan şəxsin ölümü ilə başlayır. Proloq kifayət qədər maraqlı yazılıb və mənim üçün, indiyə qədər əsər haqqında eşitdiklərimi də nəzərə alsaq, kifayət qədər cəlbedici başlanğıc idi. Hadisələrin sonrakı inkişafının sürətli və intriqalarla dolu olması mənə, demək olar ki, kitabdan gözlərimi ayırmağa imkan vermirdi. Tarixi faktlarla zəngin olan əsərin bir çox dindən (əsasən də Xristianlıq), demək olar ki hərkəsin haqqında eşitdiyi, tarixdə çox böyük izlər qoymuş şəxs olan Leonardo da Vinçinin əsərlərindəki sirlərdən və qədim təşkilatların tarixindən bəhs etməsi əsəri kifayət qədər informativ edir. Əsəri informativliyinə görə ensiklopediya belə adlandıranlar var. Bu səbəblərdən əsər heç təsəvvür etmədiyim qədər maraqlı gedirdi. Əsərdə sevmədiyim şey sonluğunun, fikrimcə, əsərin sujet xəttinə görə biraz zəif yazılmasıdır. Belə ki, əsəri oxuyarkən orada qorunan sirr haqqında çox böyük gözləntilərim yaranmışdı və bu sirri öyrənməyimin indiyəcən beynimdə yaranan bir çox suala cavab olacağını düşünmüşdüm. Sirri öyrənmək üçün ikinci yarısını az qala bir nəfəsə oxuduğum əsərin sonunda gözləntilərimin tam özünü doğrultmaması mənim üçün məyusedici oldu. Buna baxmayaraq əsər çox maraqlı yazılıb. Din və gizli təşkilatların tarixi ilə maraqlananlara bu əsəri oxumağı tövsiyyə edirəm.
Da Vinçi Şifrəsi
Da Vinçi ŞifrəsiDan Brown · Qanun Nəşriyyatı · 045,7bin okunma
·
176 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.