·344 syf.··Beğendi
···Okunma: 22 Ocak 2023 18:19 Yəqin ki, "Leyla" əsərini bir çoxunuz oxumusuz və ya eşitmisiz. Həmin yazarın digər bir kitabı olan "Baş tanık" isə Çində Sincan bölgəsində müsəlman uyğur və qazaxlara (ümumiyyətlə etnik azlıqlara) etdiyi zülmlərdən bəhs edir. Oradakı bir çox hadisəyə şahid olan və çətinliklə qaçıb həyatını xilas edən Sayragul Sauytbay ailəsinin, soydaşlarının yaşadıqlarını bütün dünyaya çatdırmaq üçün həyatını təhlükəyə ataraq hər şeyi danışır.
Kitab yazılan ərəfədə də həm şahidə, həm də yazarımıza çoxlu təzyiqlər olur. Buna baxmayaraq kitab çap olunur və bu hadisələrdən sonra az da olsa bəzi şeyləri qəbul edir Çin hökuməti.