·412 syf.····Okunma: 24 Mart 2023 19:59 Detektiv sevər olaraq Azərbaycanın ilk detektiv əsərini oxumaq mənim üçün böyük məmnuniyyət oldu. Kitabda məsum gənclərin hansı şəraitdə oğurluq və cinayət aləminə yönəldiyini, atanın qız övladının gələcəyindəki mənfi rolunu, bir qızın özü də bilmədən necə maddə asılısına çevrildiyini görə bilərik. Bu kitab mənə Bakının başqa üzünü göstərdi. Hər kitabda olduğu kimi bu kitabda da həyata baxışımda yeni bir pəncərə açıldı. Nəhayət, verdiyi dərs isə polis işçilərinin tək rolunun cinayətkarları yaxalamaq deyil, onların həyatlarına toxuna biləcəkləridir.