Gönderi

324 syf.
·
Puan vermedi
·
22 saatte okudu
İndi bilmirəm, amma təqribi 3 il öncəsində, Azərbaycanda ədəbi roman oxumağa başlayan bir gəncin ilk qarşılaşdığı yazarlardan biri olardı
Marc Levy
Marc Levy
. Kitabları çox oxunan olduğundan hara çevirsən mütləq ki, qarşına çıxardı. Hər kitab oxumağa yeni başlamış gəncin içində yaranan araşdırma, daha çoxuna çatma arzusu mənim də içimi doldururdu. Və mən bir az öncəki cümlələrimin tamamının aid olduğu bir neçə yazıçı ardından, bu cümlələri az öncə birbaşa ünvanladığım yazıçının da kitablarını incələməyə başladım. Mətnləri, ön sözləri, məğzləri çox cəlbedici gəlməyə başlamışdı, lakin hamısı demək olar ki, sevgi tərkibli idi. Elə bu çeşitsizlik də, səbəb olmuşdu ki, Marc Levy 'nin birdən fazla kitabını, bir an öncə oxumaq istədiyim kitabların siyahısına əlavə etməyim. Yenə də bu yazıçıdan da bir dişləm almaq məntiqiylə kənardan bir birinin bənzəri kimi görünən sevgi romanlarından birini oxudum (bax:
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfi
). Təsirlənmiş olduğumu çox yaxşı anımsayıram ki, zatən bu ön yarğılarımın qırılmasına, yaxın gələcəkdə olmasa da iləridə bu romanlarından birinə və ya bir neçəsinə daha şans vermə qərarıma vəsilə oldu. Fəqət o zaman kitablarını təkrar və daha dərin araşdırmam nəticəsində, digərlərinə bənzəməyən, fərqli məğzdə olan
Özgürlük İçin
Özgürlük İçin
kitabına rast gəldim. Mətninə nəzər yetirdikdən sonra, bir an öncə oxumaq istəyi yaranmışdı içimdə. Amma təəssüf ki, nə qədər axtarsam da, heç bir kitabevində tapa bilmədim. Nə Azərbaycan nəşriyyatının süzgəcindən keçənini, nə də elə türkçəsini. Üzüldüm, amma yenə də o siyahının kənarında bir yerdə qaldı bu kitabın adı, bəlkə nə vaxtsa qarşıma çıxar ümidi ilə. Və indi, illər sonra üniversitetin kitabxanasında tozlu rəflərin arasından, daşıdığı ağır hekayənin üstünə qoymuş olduğu yükdən olsa gərək, kədərlə mənə baxdığını gördüm. Bir neçə saniyə davam edən göz təması ardından içim titrədi və baxışlarına kədərlə qarşılıq verib onu götürdüm. Bu qədər uzun zaman sonra qarşılaşmış olmağımızdan dolayı mətnini o ilk dəfə oxuduğum gündəki kimi mənə təsirli gəlib gəlməyəcəyini yoxlamaq üçün bir dəfə daha nəzərdən keçirdim. Açığını desəm çox da təsirli gəlmədi və o zamanda olduğu kimi bir an öncə oxuma arzusuyla dolmadı içim. Yenə də oxuyacaqdım, anısı vardı artıq. Oxumağa başladığımda anladım ki, o zaman oxumağa başlamış olsaydım, indikindən çox fərqli gələcəkdi. Çünkü, təqribi bir ay öncə içimə dolan yalnızlıq hissindən dolayı 1 neçə həftəlik şəhər dəyişdirmə qərarım nəticəsində çox fərqli bir ortama düşmüşdüm. Bu ortam mənə çox uzaq və yad gəlməsiylə birlikdə, eyni zamanda neçə neçə fərqli həyatlara sahib insanların olduğu düşüncəsini də xatırladırdı. Bir həftəyə yaxın içlərində olduğum bu gənclər daha azad dünyanın xəyalında, qaranlıq və acılı görünən yolda zəhmət, səbr və fədakarlıq tələb edən hədəflər doğrultusunda bir sıra işlər görürdülər (termin işlətməyi gərək bilmədim.). Heç vaxt içlərində olmamaq istəyiylə bərabər, arzularına bəslədiyim hörmətlə oranı tərk etmişdim. Bu kitabda da ilk qarşılaşdığım şey, azad və daha gözəl dünya arzusuyla yanıb tutuşan gənclər idi. Bu bənzətməni etmək istəməzdim. Çünki, bəhs etdiyim bu iki nəsil və onların yaşadığı dünyalar arasında, elə dünyalar qədər də fərq var. Sadəcə olmazdı bunları demədən bu kitabın incelemesini yazmaq. Nəticədə, mənim siyasətə doyduğum və ürəyimin bulandığı bir həddə, bu kitabın siyasət bazlı başlaması çox da isitmədi məni. Hətta kitabın bir hissəsinə çatdığımda şiddətli oxumama istəyi baş qaldırırdı içimdə. Çünki eyni şeylər, eyni şeylər. Bu gün də davam edir. Sadəcə daha az əzabla, daha yüngülləşmiş (özlüyündə ağır) şərtlərlə. Bu sıxırdı biraz canımı.. Yenə də davam etdim oxumağa, və davamında bu Direniş məsələsi özlüyündə fərqli yerlərə çəkildi. Dirənişin artıq sadəcə polislərə və dövlətə qarşı deyil də, ümidsizliyə, ağrılara qarşı olduğu anda bir doğmalıq yarandı içimdə, sona qədər də daha da artaraq davam elədi. Çünki artıq hər hadisə qəlbimə toxunmağa başlamışdı. Müharibə və nazilərin bu dünyanın başından gəlib keçmiş nə böyük bir fəlakət olduğunu bağırırdı hər şey. Heç bir filmdə və kitabda tamamilə gələcək nəsillərə ötürülə bilməyəcək olan o duyğular, o hislər, o əzablar, o yarım qalan həyatlar, xəyallar, sevgilər.. fəryad var idi kitabda, hiss edə bilənə. Sonlarda qazanılmış azadlığa rəğmən, sağ qalmağı bacarmayan və son saniyələrini yaşayan yoldaşlardan biri, hekayəni öz dilindən dinləmiş olduğumuz baş rola dediyi son sözlər.. içimi elə titrətdi ki.. fəryadı duyurdum yenə, təkcə onun fəryadı deyildi bu.. müharibədə, toplama kamplarında, zindanlarda əzab çəkən və həyatlarına son qoyulmuş hər bir kəsin fəryadı idi. Hekayəmizi yaşat deyirdi. Biz ölsək də hekayəmiz yaşasın.. övladlarına ötür bunları deyirdi.. Etdiyimiz azadlıq mübarizəsini görsünlər və anlasınlar ki, bu dünyada heç bir şey azadlıq qədər önəmli deyil.. İcazə ver öz çağlarında öz sözcükləriylə mənim yerime anlatsınlar bunları.. və son bir dəfə təbəssüm edən gözləriylə.. Kitabı bitirdiyimdə də şübhəsiz təsirlənmişdim. Çox təsirlənmişdim. Buna səbəb təkcə yazıçının məharəti deyildi eyni zamanda hisslərimə çox dərindən təsir edən bir şey də vardı. Az öncə azadlıq döyüşçüsünün son sözlərinə şahidlik edən və gələcəkdə ata olacaq olan şəxs onun arzusunu yerinə yetirmişdi. Hekayəsini və hekayələrini əbədi yaşatmaq üçün övladlarına ötürdü. Məhz elə həmin şəxsin oğlunun da yazmış olduğu bu kitab, bir zamanlar son sözlərini deyən və bütün əzab çəkənlərlə birlikdə bütün azadlıq döyüşçülərini təmsil edən o son dəfə təbəssüm edən şəxsin mənlə birbaşa əlaqə qurmasına vəsilə oldu. Sanki mənə deyirdii o sözləri, sanki son nəfəsini verdiyində onu dinləməyə çalışan mən idim. Hələ də günümüzdə onların parçalarının yaşıyır olması necə də təsirli.. Kitabı bitirdiyimdə, daha öncədən olan yorğunluq və keçmişin tozlu rəflərinin arasına mənasızca əlavə olunan bu inceleme işi soyuq gəlirdi artıq mənə. Fəqət bir az da düşündükdə bu haqda içimə bir şeylər yazmaq doldu, ən azından o son dəfə olunan təbəssümün xətrinə.. Elə həm də onun dediyi kimi mən də öz çağımda öz sözcüklərimlə onun yerinə bu parçaları anlatmağa davam edənlərdən olmuş olmam içimi isitməyən bir şey deyil.
Özgürlük İçin
Özgürlük İçinMarc Levy · Can Yayınları · 2013106 okunma
·
289 görüntüleme
Ûs okurunun profil resmi
👌🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.