"Amok"
Bu sözün mənasın heç bilmirdim, kitabda görəsən nədən bəhs ediləcək deyərək, araşdırmadan oxudum. Əslində "Wow" deyəcəyim bir kitab deyildi. Ama oxunaqlı, sadə dildə yazılmış, bir oturumda bitirəbiləcəyimiz bir kitabdı və qəribədi. Əslində oradakı həkim öz dediyinə görə amok qəbul etmişcəsinə hərəkət edirdi. Daim qadının ətrafında olması, arxasıca düşməsi saçma gəlirdi, hətta sapıkca. Etdikləri çox rahatsızedici idi. Amma bunu vicdan əzabı və iş məsuliyyəti ilə bağlayım. İnsanın həyatını bir şeyə adayaraq asılı halda olması çox pis şeydir(
"Borc hissi insanın öz həyat və məsuliyyətlərindən söhbət gedəndə qurtarır."