·404 syf.····Okunma: 30 Mart 2023 18:00 "21 Kölgə Yoldaş" "qorxu və gərilim" janrında oxuduğum ilk əsərdir. Mövzu olaraq əsasən ölümdən sonrakı həyatı ələ alan kitab, eyni zamanda, ətraf aləmdə yaşananların şəxsiyyətimizə necə təsir edəcəyi , yaşanmışlıqlarımızın iləridə verəcəyimiz qərarlara nə dərəcədə təsir edəcəyinə də toxunur.
Gözlədiyim qorxu və gərilimi kitabdan ala bilməsəm də kitabla keçirdiyim heç 1 səniyə üçün belə peşman deyiləm. (Şəxsən) Həm yaş , həm də yaşadığımız dövrün bir olması ilə əlaqədar qəhrəmanlarla bağ qurmaq son dərəcə rahat oldu.
Axıcı , maraqlı mövzulara toxunan və film tərzində bir əsər oxumaq istəsəniz "21 Kölgə Yoldaş" yaxşı bir seçim olmuş olar.
Müəllif - Wulf Dorn'un azərbaycanlı oxucularına göstərdiyi diqqəti isə ayrıca vurğulamaq istərdim , hansı ki, 2 gün ərzində 1000dən çox oxucusunun ,bəlkə də, 3000dən çox kitabını fasiləsiz , sevinclə və hər kəsə son dərəcədə nəzakət göstərib imzalaması bunu təsdiqləyir deyə düşünürəm.