Gönderi

Ana❀
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşətü-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Gücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam, Yenə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla! Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox! - Yox!!! Fəqət Ana! O müqəddəs adın qabağında- O pak bağrına bassın məni, desin layla, Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Uçar səmalara o, aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: - Ana… Ana… Sənə mən rahibəm itaətdə!..❤️
Cafer Cabbarlı
Cafer Cabbarlı
··
220 görüntüleme
Kitabsever okurunun profil resmi
Bu şeiri qızım ilk gəldiyimiz vaxtlarda 1kda məni etiketləyərək paylaşmışdı. Gözlərim dolaraq oxumuşdum
Vəfa Hafiz okurunun profil resmi
🥰Çox sevdiyim şeirdir.💖
1 sonraki yanıtı göster
Aida okurunun profil resmi
Ən sevdiyim şeirlərindən biridir✨
Vəfa Hafiz okurunun profil resmi
Mənim də.🌟
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.