Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Salam
Bir neçə dəfə Marquezin kitablarına üz tutmuşam amma o qədər də ürəyimə yatmamışdı. Amma 100 ilin tənhalığı” sevdiyim əsər oldu. İlk oxuduğumda anlaşılması bir az çətin oldu mənə, ona görə 200 səhifədən sonra kitabı yenidən oxudum və daha çox aydın oldu kitab. Bu əsər bir nəslin başına gələcək olan hadisələrin 460 səhifəlik xronikasıdır. Buendalar nəslinin. 100 illik bir yaşam… mövzuyla bağlı çox ətraflı yazmayacam, sadəcə hisslərimi qeyd edəcəm kitab haqqında. Tənhalıq ən pis duyğudur hələ ki, bu 100 ilə bərabər olarsa və bir nəslin taleyini məhv edərsə. Kitabda yalnızlığın ən uc nöqtəsini yaşayan ailənin həyatlarından keçən sevginin, şəhvətin, müharibənin, yoxluğun, cəsarətin, qorxunun, insestə meyilliliyin, yuxusuzluq xəstəliyinə tutulmağın, unutqanlığın və bir çox hisslərin qarışığı sizin daha çox marağınıza səbəb olacaq. Hər xarakterin qəribə özəlliyi var bu əsərdə. Kimi gələcəyi görər, kimi torpaq, əhəng yeyər, kimi kəşflərin axtarışına çıxar, kimi də öldükdən sonra yenidən dirilər. İnanılmaz hadisələrə şahid olacaqsız kitabı oxuduqca. Bitirdikdən sonra düşündüm ki, bir yazar tənhalıq hissini insana bu qədər gözəl aşılaya bilməzdi. Tənhalığın insana vurduğu yaralarla onların mücadiləsi o qədər gözəl hiss etdirilib ki, oxuduqca düşünürsən ki, “bunları mən yaşasaydım necə yanaşardım yaşananalara?” Kitabın sonuna gəldikdə isə nəslin əvvəldən inandığı mövhumatın nəslin sonuncu nümayəndələrinin həyatında gerçəkləşməsi şokunu hələ də beynimdən silə bilmirəm :( bəyəndiyim əsər olsa da, məni narahat edən mövzular da var idi içində. Amma buna baxmayaraq oxuduğum digər kitablardan çox fərqlənirdi. İstər mövzusu ilə, istərsə də ədəbi yanaşmasıyla. Oxuyun, oxutdurun. Bilirəm ki, bu əsəri çox adam adların qarışıqlığından, ilk başlarda anlaşılmazlığından yarımçıq qoyanlar da var. Ancaq yavaş-yavaş anlayaraq oxusanız, inanıram ki, sizin də sevdiyiniz əsərlərdən olacaq. Xoş mütaliələr.
·
239 görüntüleme
Eyvaz Alieff okurunun profil resmi
Çox tərifliyirlər,məndə oxumağı düşünürəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.