Gönderi

280 syf.
·
Puan vermedi
·
9 günde okudu
Güneşi Uyandıralım
Güneşi Uyandıralım
kitabı
Şeker Portakalı
Şeker Portakalı
serisinin 2-ci kitabıdır. Bu kitabda Zeze böyüyür və böyüdüyü müddətdə Zeze'nin yaşadıqları haqqında danışılır. Zeze axtardığı sevgini və mərhəməti tapabilmədiyi üçün "xəyali" dostlar "edinir" və həmin dostları, Zeze'nin axtardığı sevgini ona artıqlamasıyla verirlər. Amma hər bölüm Zeze böyüyürdü. Böyüdüyü zaman isə "xəyali" dostları ilə yavaş-yavaş vədalaşırdı :) Yəni böyüdükcə saf uşağlığın və düşüncələrin (xəyali dostların) itirirdi. Zeze 11 yaşında varlı bir ailə tərəfindən 'evlatlık' götürülər. Qısaca kasıbçılıqdan canı qurtarar. Amma pul olsa belə, yenə də sevgiyə, mərhəmətə ac idi. Ürəyində yaşatdığı Adam (qurbağa), Zeze üçün möhtəşəm yol yoldaşı idi. Adam, Zeze'yə günəşin nə olduğun öyrədirdi. Ürəyində/mizdə olan günəşi və günəşi oyandırmağı. Bir müddət sonra Zeze böyüdüyü və bir çox şeyi başa düşdüyü üçün Adam, Zeze'nin ürəyindən getmək məcburiyyətində idi. Bu ayrılıq Zeze üçün çox çətin və Zeze'ni dərindən yaralayan bir ayrılıq idi. Bunnan əlavə, Zeze bu əsərdə, həyatı, sevgini və sevginin qazandırdığı çətinlikləri öyrənər. Və Zeze 40 yaşına çatsa belə, ağlı, xəyali atası olan Maurice'də idi. Zeze artıq 40 yaşında, Maurice isə qızılı saçları ağarmış bir yaşlı idi. Maurice, normalda məşhur biri idi. Sadəcə Zeze'nin xəyalında canlandırdığı "ata" obrazı idi. Onlar uzun müddət sonra qarşılaşdılar. Amma Maurice, Zeze'ni tanımadı. Maurice'nin, Zeze'ni tanımaması, Zeze üçün çox böyük bir acı idi. Qısaca kitabı oxuduğumda sevindiyim zamanda oldu ağladığım da. Ən çox mənə təsir edən kitab serinin birinci kitabı olan,
Şeker Portakalı
Şeker Portakalı
idi. Bu kitabda mənə çox şey qatdı. Serini bitirmək, sonuncu kitabı oxumaq üçün çox səbirsizlənirəm. Və məncə hər kəsin oxumalı olduğu bir kitabdır. Və, Zeze, arzu edirəm ki, başqa bir həyatda çox xoşbəxt olarsan :)
Güneşi Uyandıralım
Güneşi UyandıralımJosé Mauro de Vasconcelos · Can Yayınları · 202334,6bin okunma
·
365 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.