Gönderi

540 syf.
10/10 puan verdi
·
Read in 12 days
Bir insanın sıfırdan zirvəyə yüksəlişi,digərinin isə zirvədən sıfıra düşməsi. Kerrinin timsalında bir daha görürük ki, həyat nankor, dünənini unudan insanların üzünə gülərək onlara heç də layiq olmadıqları maddi rifahı və şöhrəti qazandırır. Ancaq bu, onlara, yolun sonunda səninlə sadəcə puluna görə dostluq edən, sırf şöhrətli biri olduğun üçün sənə hörmətlə yanaşan insanlarla əhatələnməyə başa gəlir. Sonra bu kimi insanlar da kasıb təbəqədə olan və yüksəlmək istəyən şəxsləri "şöhrətpərəst" adlandırıb, boş-boş danışırlar ki, "pul hər şey deyil", halbuki özləri onu qazanmaq üçün vaxtı ilə hər yolu sınayıb, sonda fərqindəlik qazanıblar. Ki, bu fərqindəliyə varmaq belə qismən təqdirəlayiqdir deyərdim, çünki əks halda daha dəhşətli görünür. Herstvud sayəsində bir daha dərk etdim ki, ani qərarlar almaq, məntiqlə yox, duyğularla hərəkət etmək heç də yaxşı bir hal deyil və bütün həyatını təsəvvür belə edə bilməyəcəyin dərəcədə acınacaqlı vəziyyətə gətirə bilər. Mənim kimi hər qərarını məntiq yox, duyğuları ilə alan,ancaq qəlbinin səsini dinləyən insanlar xüsusilə bu kitabı oxumalıdır deyə düşünürəm. Müəllifin qələmini isə hədsiz dərəcədə bəyəndim. Klassik əsərlərdə, heç kimə lazım olmayan, hər fəsildə qarşımıza çıxan 1 səhifəlik "yarpaq belə əsdi", "quş elə uçdu" və.s bu kimi gərəksiz təsvirlər əsərdə yer almırdı. Bir müddət yazardan oxumağa davam edəcəyəm. Sonra bir neçə ay əvvəl oxumağa başladığım, lakin yarım saxladığım
Qorio Ata
Qorio Ata
kitabını tam oxumağı düşünürəm. Drayzer məsləhəti ilə)
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014601 okunma
·
358 views
Aysha Qadimova okurunun profil resmi
qasırğa əsərini yarıda saxlamışdım, hövsələm çatmamışdı, bəlkə də pdfdən oxuyurdum deyə 🥲
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.