Gönderi

235 syf.
6/10 puan verdi
·
Liked
·
Read in 11 days
A-kitab təhlili
Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq) Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz varlıqları sevir bağlanır" o qədər dar düşüncədir ki..... nəysə bunu çoxda uzatmayacam. Keçək digər iradıma. Yazarın daha əvvəl "mələk" romanını oxumuşdum (yarıda qoymuşam) və ordanda gördüyüm kimi deyəsən yazarımız ilk görüşdə eşqə çox inanır>.< yəni o qədər abartılıb ki,hər iki kitabdada necə deyərlər "ətim tökülürdü" Sadəcə 5 dəqiqə görürlər bir birini , məktubda yazırlar ki ayyy nə bilim az qala intihar edəcəkdim dərdindən,ayy özümü yerlərə vurdum falan filan. Öz özümə dedim ki "qardaş dayan dayan nağarırsan" hələ ilk dialoqları nə oldu bir təxmin edin a dostlar>.< "+Səndə mənə aşiqsən elə -hə həmdə çox sənsiz ölərəm" ilk qarşılaşma ilk dialoq (my ət is tökülüyoring sjsjsksk) Eyni zamanda kitab sonlara qədər heç axıcı maraqlı deyildi. Bunlar biryerdə kitabdan soyumağıma gətirib çıxardı. Normalda başladığım kitabı 2-3 günə bitirirəm ancaq bu sıxıcı gəldiyi üçün uzun çəkdi. Gələk sevdiyim hissələrə. Altından xətt çəkiləsi ifadələr inanılmaz çox idi. Yazarın çox gözəl düşüncələri var. Oxuduqca o hissələri zövq alırdı insan. Və birdə sonluğu çox sevdim kitab başdan maraqsız gəlib sonlara yaxın yanıltdı. Düzü heç belə sonluq gözləmirdim. Gözlənilməyən sonluqda elə ən gözəlidir Ən əsasda narkoman və atasının birdə erməni ailə olan hissələri inanılmaz sevdim ən sevdiyim hissəydi deyə bilərəm. Qəlbimə toxundu..... Yekun olaraq bunu demək isdəyirəm ki Qaraqan mənim fikrimcə abartılacaq tərzdə yazmır ən azından məni cəlb etmir əsərləri. Təkrardan oxuyarammı bilmirəm.((( Qüsursuz kitab yoxdur♡.♡ Qüsurlarıyla sevin kitabları....Kitabla qalın!! Salamat qalın!!
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,600 okunma
·
477 views
waforgodot okurunun profil resmi
Yazdıqlarınızın çoxu ilə razılaşa bilmədim. Qaraqan qətiyyən heç bir kitabında qadınları, nə də kişiləri alçatmayıb. O hətta belə deyirdi "Qadınlar və kişilər bərabər deyil, onlar bir-birindən üstündürlər. Kitabda rastlaşdığınız bu 1-2 cümləyə əsaslanaraq "dar düşüncəlidir" qənaətinə gəlməniz, məncə heç də düzgün deyil. Kitabı və yazarını bəyənməyə bilərsiniz, fəqət bu belə bu cür şablon ifadələrlə onu küçümsəmənizə əsas gətirmir. Bunu oxudum ətim töküldü, onu oxudum belə oldu. Kitabı belə analiz edirlər? Gələk, "ilk görüşdə eşq" söhbətinə. Açığı, heç vaxt nə Mələyi, nə də A'nı oxuyanda oradakı sevgiyə fokuslanmamışam. Nə də Qaraqan orada bizə eşq hekayəsi yazmayıb.Yəni önəmli olmayıb bu. Deyəsən, əsl oxuyub dərk etməli olduğunuz yerlərdən keçib bu cür lazım olmayan məqamlardan yapışmısınız. Dünya şöhrətli yazarların da kitablarında ilk baxışda eşq yaşayanları az deyil. Bu o demək deyil ki, kitabın mövzusu elə həmin eşq üzərində qurulub. A'nı oxuyub da, bu cür qənaətlərə gələni ilk dəfədir görürəm. Yenə deyirəm, kitaba lap nifrət də edə bilərsiniz, amma bu sizin onu bu cür ictimailəşdirib, əsassız tənqid edə biləcəyəniz demək deyil.
Rüqəyya Şükür okurunun profil resmi
İncələməmi sona kimi oxuyubsunuz? Mən orda yazara dar düşüncəli deməmişəm. Əksinə sonacan oxusanız görərdiniz ki "yazarın çox gözəl düşüncələri var" ifadəsini işlətmişəm. Altından xətt çəkiləsi ifadələr çoxdu və bu mükəmçəldir bunuda demişəm. Altından xətt çəkiləsi ifadələr dedikdə kitabın əsas məğzini nəzərdə tutmuşam. Dar düşüncə dediyim isə kitabda işdədilən o cümlədir. Xahiş edirəm əvvəlcə düzgün oxuyub sonra fikir bildirin. Eşq diqqətimi çəkdi çünkü çox cringe yazılıb diqqət çəkməyəcək kimi deyil. Kitabı təriflədiyim kimi tənqiddə etmişəm. Və buna hər yazar açıq olmalıdır. Mən təhqir etməmişəm tənqid etmişəm;) tənqid pis birşey deyil.
1 next answer
Sabina okurunun profil resmi
Qaraqanı reper olaraq sevərək dinləyirəm. Kitablarında da hal- hazırkı dövrü özündə əks etdirən fikirlər çoxdu,düzdü. Amma məncə bu qədər çox böyüdülməsinin səbəbi mahnılarının sevilməsi ilə bağlıdı.
2 previous answer
Rüqəyya Şükür okurunun profil resmi
Təmamilə qatılıram.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.