Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

392 syf.
·
Puan vermedi
Martindən spoiler
Fikrimcə, sənətkarlıq ziddiyyət yaratmayıb, hər kəs tərəfindən birbaşa anlaşılıb, mətləbi tez hali edib, ideyada fikir ayrılığı deyil də, biryönümlülük ortaya qoyursa, təbriklər! O artıq sənətkarlıq nümunəsi olmaqdan çox uzaqdadır. Ümumiyyətlə, yaradıcıya oxucu kütləsi və müzakirə əhli maraqlı olmamalıdır. Yaradıcılığı yaradıcının həyat instinkti, daxili aləminin ehtiyacı, məcburiyyəti hesab edirəm. Bütün oxuculara təzahür etmək kimi məqsədi olmayan və eyni zamanda təzahür etdiyi oxucularda fikir ayrılığı ortaya qoyan, qəlib və meyara sığmayan, daha dəqiq desəm, müzakirələrdəki tənqidlərdən, kəskin fikirlərdən, tərif və tərənnümlərdən heç bir halda dəyəri azalıb, artmayan, sadəcə, bəşəriyyətin ovcuna anidən düşən, onun varoluşuna kimi elə bir tələbimizdən xəbərsiz olduğumuz, amma o əsərdən sonra, yeni tələbimizin mövcudluğu haqda bizi düşündürən, elə öz təkrarolunmazlığını, novatorluğunu qoruya bilən əsərlər aktuallığını saxlayacaq, seviləcək, bəlkdə də heç sevilməyəcək Tam da bu fikirlərimlə üst-üstə düşən, məni bitdikdən sonra boşluğu izlətdirən əsər Cek Londonun "Martin İden"əsəri oldu. Əsər bitəndən bəri sanki yol yoldaşımı bilinməzlikdə qoyub gəlmişəm hissi yaşadıb mənə. Əsərin fabulası çoxşaxəlidir. Avtobioqrafik məzmun daşıyan əsərdə ictimai-fəlsəfi problemlərə geniş yer verilib. Baş qəhrəman Martinin timsalında əzmin, iradənin, sevginin, mübarizənin qüsursuzluğunu görsək də, ayrıldığı mənsəb ilə(əslində, heç vaxt ora aid olmayan), çatmaq istədiyi( əslində isə, ona heç vaxt lazım olmayan)mənsəb arasındakı yolun ayracında,tamamilə, bu yollara aid olmadığını,əsərin lap başından qabarıq verilməsə də, 3-cü yolun-fərdiyyətçiliyin mərkəzindən çıxış etdiyini görürük. Əsərdə hadisələr Martinin Morzlargilə dəvət alması ilə başlanılır.Əlbəttə, Martin hörmət əlaməti olaraq deyil, əyləncə obyekti olması üçün dəvət almışdı. Axı o zahirən ipə-sapa yatmayan bir vəhşi təsiri bağışlamışdı. Əsərin başlanğıcı matros Martin və Morzlar ailəsinin timsalında ciddi ictimai bərabərsizlik nümayiş etdirir. Martin ən başından bəri təlaşlıdır, bu xəyal kimi görünən, gerçəklikdə heç vaxt görəcəyinə inanmadığı həyatın düz qarşısında olduğu gerçəyinin gətirdiyi təlaş idi. Martin özünün o yerə aid olmadığını bilir və bunu bütün davranışlarında sərgiləyirdi. Amma onun cansıxıcı, yöndəmsiz davranışlarından can qurtarıb ora aid ola bilmə istəyi də baş qaldırmış, Martini daxilən çıxılmaza salmışdı. Bu çıxılmazlığı dərinləşdirən Martindən 3 yaş böyük, ilahi xilqət adlandırılan onun Rufu var idi...Martin özünəməxsus, özgür ruhla doğulmuş, Rufun-kübar cəmiyyətin yaratdığı, elə kübar cəmiyyət kimi də şərti gözəlliyi olan qadının ənginliklərinə yüskəlməyə çalışdıqca özünə yaxınlaşmış, qalan hər kəsdən, məfhumdan uzaqlaşmışdı. Martin yüksəlmək eşqiləmi Rufa aşiq idi, ya Ruf üçün yüksəlməyə niyyətlənmişdi? Axı heç də Rufdan gözəllikdə geri qalmayan öz təbəqəsindən olan qadınlar onun maraq dairəsinə daxil olma bilməmiş, onda yüksəliş duyğusu oyatmağı bacarmamışdı.Rufda olan zahiri və daxili gözəllik elə Martinin görmək istədiklərilə bağlı idi. Martinin kitablara olan marağı daha Rufla tanışmadan qabaq Suinbernin cildini görərkən ac adamın çörək görməsi ilə müqayisəsindən müəyyən olunur. Suinbernin digər kitabları ilə tanışlıq üçün kitabxanaya getmək haqda düşünən Martinə Rufun ilk dəfə Mister İden xitabı olduqca qəribə gəlmişdi .Onun düsüncəsi həyatda alışdığı müraciət forması ilə yeni müraciət forması ətrafında fırlanır, bədənini lərzəyə salırdı... Və budur! Martin heyran olduğu mənsəbin təzahürü ilə artıq tanış olmuşdu. O Rufa( kübarlığa) çatmaq üçün qeyri-adi əzmlə çalışır, bütün uğursuzluqları, insan ruhu və bədəni üçün işgəncə sayıla biləcək bütün baş verənləri gözardı edərək məqsədə yönəlirdi.Tale maneələrini səngitmədən Martinə hücum edir, Martin isə özünə yol alırdı. Düşünürəm ki, Ruf Martin üçün ən çətin bir yol, yoldakı bütün çətinliklərə sinə gərəcək güc, inam, sevgi idi, amma məqsəd deyildi, o, sadəcə sevirdi. Sənətşünasla heç bir təhsili olmayan sıravi Matros qarşı-qarşıya gətirilmişdir.Qadınlıq hissinin təsdiqinə qapılan, heyrətamiz gücün ruhunu "tərbiyə" etmək istəyən Rufla, aradakı uçurumdan atlanıb yüksəlişə( Rufa) çatmaq istəyən Mister İden ortaq bir mövqeyə öz tələbləri ucbatından gəlirdilər. İden Rufu ilahi bir xilqət, Ruf isə İdeni güclülük simvolu kimi qavrayırdı. Martin zahirən özündən, olduğundan fərqli biri olmağa çalışır kimi görünsə də, fikrimcə, elə o lap başından belə doğulmuşdu. Cəmiyyətin yaratdığı siniflərarası uçurum isə Martinə rahatlıq vermirdi. Onların birləşməsi o dövr üçün xülya idi. Martin üçün də, Ruf üçün də tam olaraq məsələ bir-birləri deyildir. Martin üçün məsələ, tamamilə Rufa, mənsəbə qovuşmaq olsaydı, o qulluğa girər, Rufla qovuşardı, ancaq o bu yolda özünü tapmış, uzaqlaşdığı ətrafına dönə bilməmiş, çatdığı məqamın isə lazımsızlığını ən son anlamışdı, həyat onun coşğun ümidlərini öldürdükdən sonra cavab vermişdi. Ətrafından heç kim- Ruf, Rufun ailəsi, bacıları ona inanmamış, avara həyat yaşadığı qənaətinə gəlmişdilər. Onu olduğu kimi qəbul edənlər ya əvvəlki mühitinə aid olanlar, ya da təsadüf nəticəsində həyatının yalnız bir mərhələsində qala bilənlər idi. Əsərdəki epizodik surətlər belə ustalıqla qələmə alınmışdı.Martin həyatının ən ağır, səfil ,amma inam dolu günlərini yaşayarkən, ondan hər kəs üz döndərərkən ona yalnız bir nəfər-- Mariya inanmışdı. Mariya və övladları hətta Martin üstündə rəncidə belə olunmuş, amma onan inanmaqdan,gücləri çatan qayğıdan əl çəkməmişdilər. Martin Mariya ilə qayğılı həyatın gətirdiyi dostluq da yaşamışdı deyə bilərəm. Martin özünə, Rufa, ailəsinə, Mariyaya söz vermişdi. Amma bu sözə inanan təkcə Mariya idi və verdiyi sözün üzərində durdu, onu və ailəsini rifah içində həyata uğurladı. Əsərdə diqqəti cəlb edən digər obraz isə Brissenden idi. O, Martini anlamış, əsərlərindəki işığı sezmişdi. Martin yazır-yazır, 36 saat durmadan əsərləri uzərində işləyir, mətbuat orqanlarına yazdıqlarını tükənməz ümidlə yollayır,qəbul olunmasını bütün varlığı ilə istəyir, qəbul olunan əsərləri ilə şöhrətə(Rufa) çatacağına inanırdı. Qəbul olunmayan əsərləri barədə şubhəyə belə qapılmayan Martinin mətbuat işçilərinin səriştəsizliyinə kini artır və bu hiss Brissenden ilə onu ortaq nöqtəyə gətirə bilirdi.Brissendenin onu apardığı "xoşbəxtlər ölkəsi" Martin üçün geridönüşü olmayan yolun dərkinə şərait yaratmışdı. Brissendenlə Martinin ortaq düşüncələri, qətiyyətləri, talelərinin də eyni şəkildə sonlanması bir təsadüf sayıla bilməz:) Martin üçün həyat olduqca gec cavab vermişdi. Ruf Martini qulluğa girmədiyi, ailəsinə layiq ola bilmədiyi üçün ona inanmamış,tərk etmişdi. Martin artıq bir yolda deyildi, bir məqsədlə irəliləmirdi. Ruf ilk başlarda Martini öz düşüncə sərhədlərində yavaş-yavaş gəzdirmiş, sonra sərhəddən kənara çıxa bilən Martini ordaca qoyub öz məhdud dünyasına geri dönmuşdu. Ruf, ümumiyyətlə, qınanılsa da, sözügedən dövrdə, həmin ailədə böyümüş bir qadın olaraq Martinlə sərhəddə kimi gedə bilməsini mən müəyyən qədər cəsarət göstəricisi kimi qəbul edirəm. Amma Ruf Mart qədər güclü deyildi. Ruf Mister İdenin gücünə, o güclü bədəni ram edə bilməsinə aşiq idi. Rufun ailəsinin çirkin düşüncəsi təsdiqini tapmışdı, Ruf qadınlıq hissini Martinlə dadmışdı.Beləliklə, Martinin həmin zamanlar Morzlargildəki rolu elə bundan ibarət olmuşdu. Martin mənsəb sahibi deyildi, standart dövr tələblərindən kənarda idi, qulluqda işləməyi rədd etmişdi. Bu isə o dövr üçün gözdən düşməyə ən böyük səbəblərdən idi... Martinin mənə inanın yalvarışları elə yazmaq istəyi qədər dərin və əzablı idi. Ona inanmadılar... Martin əvvəlki həyatından tamamilə uzaqlaşıb ora geri dönmək istəsə belə, dönə bilməyəndə, yeni həyata çatıb geriyə qaçmaq istəyi gələndə artıq hər şeyin mənasızlığına varmışdı. Ona həyat cavab vermişdi, əsərləri qəbul olunmuş, istədiyi məşhurluğa çatmış, ac qaldığı zamanlarda arzuladığı nahara dəvətlər almış, Morzlargilin "sevimlisi"-nə çevrilmişdi. Rufun geridönüş səhnəsini Rufun nişan atdığı səhnədən bəri görmək istəyirdim. Bəli, o, geri dönmüşdü, o, nimdaş geyimdə buraxdığı, heç kimin inanmadığı Martindən, yazıçı,məşhur Mister İdenə geri dönmüşdü. Martinin Lizziylə olan səhnələrindən aydın görünür ki, Martin eşqi indi dərk etmiş və heç vaxt heç kimi sevmədiyi qənaətinə gəlmişdi. Lizziylə Martində oxşarlıq da nəzərdən qaçmamalıdır.Martin Rufa, Lizzi Martinə çatmaq üçün nələrsə etmişdilər. Amma Martin Lizzinin eşqinə cavab verməməsi Rufa olan eşqindən olduğunu düşünmürəm. O özü də dediyi kimi Martin artıq "Xəstə idi, çox xəstə"... Və Rufun gəlişi onu biranlıq ötən zamanlardakı hissinə geri qaytarsa da , bu ovsun dəqiqələr içində itmişdi. O Rufu sevmirdi. Rufun nə ücün gəldiyini aydın dərk edirdi. Martinə geri dönənlər tək Ruf yox, demək olar ki, mənsəb aludəçilərinin hər biri idi. Martinin səfalət icində yazdıgı əsərləri indi şöhrət tapmış, şöhrətdən sonra heç əlini qələmə belə vurmamışdı. "Mən həmin Martin idenem ki, varam" ifadəsini dəfələrlə işlətməklə üsyanını səsləndirirdi. Mart artıq öz missiyasını yerinə yetirmişdi. Mart artıq çata biləcəyi ən yüksək məqama mənən çatmışdı. Marta lazım olmayan hər şeyə nail olmuşdu. Axı o məna axtardığı hər şeyə onun axtarışını dayandıran zaman nail olmuşdu... Mən Martinin buraqədərki cəsarətini, əzmini heyranlıqla oxudum... Martin mənim üçün də güclülük simvolu oldu. Martinin həyata qarşı inadından olsa gərək, o, həyatına son qoymaq vəzifəsini də özü üstlənmişdi. Martin həyat eşqi ilə çırpınan qəlbini sonsuzluğa uğurlamışdı:((( Mən ayrı sonluq görmək istəsəm də, Martinin ürəyimdə yaratdığı sızıltı, sevgi elə bu sonluqla unudulmaz oldu. Könül istərdi ki, Martinlə danışa biləm.Hər zaman sevərək xatırlayacağım obraz olacaq Martin İden...
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,8bin okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.