Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Onun gözləri Xəzərim’in ən gözəl limanıydı. Lakin səthi təmiz görünən suyun çirkində boğulurdu. Zərbə vurmağı çox yaxşı bacarır, üzməyi isə öyrənə bilməmişdi. Axı öyrətməmişdilər. Uşaqlıqdan “ən güclü” olmalıydı. Yaşama davam etməsinin tək çarəsi bu olmuşdu artıq. Bilirdi, yaşaya bilməyənlər üçün ölümün tək çarə olduğunu. Özü ölməyi belə bacara bilməmişdi çünki. Güc tamaşaları ilə hər kəsi heyran qoyur, yalqızlığı alqış tuturdu qəlbinə axan hər gizlin gözyaşına. İflic olurdu, istənilən an hər şeyi edə biləcək kimi görünən bədəni belə hərəkətsiz hala boyun əyirdi. Amma o içindəkilərə boyun əymədi. Bütün bu nifrətə rəğmən, bəlkə də, yaşanılan hər şeyə rəğmən, ilk sözümün üzərində dayanmışdım. Xarakterinin hər zərrəsinə heyran idim. Bütün o labirintlərə, dolanılan yollarına, tunellərə, çaşqınlıqlarına, ağıl oyunlarına, qazanma siyasətinə, içində məhbus olduğu o mağaraya belə, hər biri heyranlıq oyandırırdı. Görən, bilən hər kəs gücünə heyran qalırdı, mən isə ən zəif nöqtələrinə. Üzündəki hər bir xalı əzbərə bilirdim. Axı səni sən edirdi. Seçib-seçib qüsurlarına aşiq olurdum. Yalnışları, xəyanətləri, ağrıları, yalanları ilə birlikdə istəyirdim onu. Hər şeyiylə bir bütün olaraq arzulayırdım. Hər nə yaşanırsa yaşansın, rəfimdə heç vaxt təkrar oxumayacağım ən sevimli kitabtək qalacaq yaddaşımda. Bir kitab nə qədər ağır ola bilərsə, o qədər dərin bir iz buraxacaq. Bəzən “Səni Çox Sevirəm” deyilməz, sadəcə bir kitab hədiyyə edilər. Bəs görəsən, yazıçı hekayəni heç oxumayanların belə anlayacağı tərzdə, ilk qaldığı yerdən davam etdirə biləcəkmi? Tək başıma buna gücüm çatarmıydı? Axı bağışlamaqdan nə zərər gələrdi? Bağışla ki, məni Tanrım, barışa bilim özümlə. Axıtdığım hər gözyaşı, sıxıntı verdiyim hər qəlb üçün bağışla ki, məni parlaq ulduzlar üzərimə çökən qaranlığımı aydınlatsın. Zəng çalmayan telefonlarda ölüm səssizliyi hökm sürür, bundandırmı məndəki sən yoxsunluğu? Artıq evim də yox, gücüm də. Bəs deyirdin, hər şeyini itirən insanın itirməkdən qorxusu qalmır? Niyə hələ də belə qorxuram? Bilmirəm, bu da ən az “yaşadığımız hər şey bizə məxsusdu” qədər yalanmıydı, yoxsa yox. Amma bu dialoqlar heç kimlə olmurdu. Sənə ünvanlanan textlər ən səmimi, edilən etiraflar ən çox özüm olduqlarım idi. Hətta, özümdən iyrəndirmək üçün danışdığım yalanlarla belə. Qəribədir, sıxılaraq, boğularaq deməliydim bunları, amma, bəlkə də, yer üzündə çəkinmədiyim tək şeydir qadağan olunmuş həsrətimin fəryadı. Axı sən ki, bilirsən, içimizdəki uşaq hələ də nağıllara inanır. Bizlər nə qədər böyüsək də. Fərqindəyəm, burulğanın ətrafında dolanıram. Bəs niyə əllərimi buraxmaq üçün tutdun o gün? Əslində, normal idi. Gözlərimə hər baxdığında keçmişi görürdün və orda çox da bir şey yox idi. Sadəcə olmaq istədiyin obrazdan tamamilə uzaq, bu ki, bərbad bir şeydir. Gəl, filmi yenidən izləyək, oysa ki, daha birlikdə izləniləcək çox filmlər varıydı, bu ilk və son olmamalıydı. Bu dəfə də gizlənə biləcəkmisən pərdələrin arxasında? Əgər belə özün idinsə, niyə ətrafın saxtalıqlarla dolu idi? Tükənmisən, qalmayıb gözlərində əvvəlki ümid qırıntıladından əsər-əlamət. “Ona qapının deşiyini göstərdim, ardındakını görə bildiyini zənn etdi.” Sığmırdın, çox iri idin. Gizləndiyini zənn edərkən, necə də açıq-aşkar görünürdün. Günəş ətrafa istilik saçarkən özü üşüyər, Ay gecənin soyuğunda parlaq işıqlar saçar. Bəs niyə kifayət etmədi içimizə saçılan xoşbəxtlik? Heçmi keçməz gözlərindəki payız? Ümidvaram, “bir sabah” gözlərinə yaz gələcək. Yamyaşıl ağacın çiçək açacaq. Çalış, onları da soldurmayasan. Lakin mənim ilk və son yazım idi. Yağış yuya bilər günahlarımızı? Axı hər yağışdan sonra gələn torpaq qoxusu bizi əslimizə qaytarmırdımı? Qaytararmı bizi dünyaya gələrək cənnətdən qovulmadan öncəki saflığımıza? Bax, göylər səsləyir bizi, evə qayıtmağın zamanıdır.
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.