Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

400 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kerri bacıda olduğu kimi bu əsərdə də maddi sıxıntıları olan və yola namusla, zəhmət çəkərək halal qazanc əldə etmək ümidi ilə çıxan, sonra bir(?) kişinin dəstəyi ilə həyatını yaxşılaşdırmağa çalışan 18 yaşlı gənc qızdan söhbət gedir. Burada da 2 imkanlı kişi, hansı ki hər ikisi cəmiyyətdə özünə yer tutmuş, hörmət edilən şəxslərdir, köməyə ehtiyacı olan qıza ilk görüşdə vurulur. Bəzi kişilər ümumiyyətlə onlardan asılı olan qadınlara qarşı daha sevgi dolu və mərhəmətli olurlar. Öz güclərini göstərə bilmək üçün bu qadınlar onlara yaxşı seçim kimi görünür. Cenninin xarakterini bəyəndim. Heç də süni görünməyən saflığı, ailəsi üçün fədakarlıqlar etməsi, Kerriyə məxsus nankorluq və şöhrətpərəstlikdən onda əsər olmamağı xoş idi. Bəlkə də belə yaxşı olduğu üçün həyat üzünə gülmədi. Lester Keynin isə nə istədiyini bilməyən biri olmağını ixtisar etsək, təkcə xarakterini yox, düşüncə tərzini və fikirlərini də bəyəndiyimi deyə bilərəm. Drayzerin axıcı və sadə üslubunu isə hələ də sevməyə davam edirəm. Mövzu sizə qismən maraqlı gəldisə, məncə, bu kitaba şans verməlisiniz.
Cenni Herhardt
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014437 okunma
·
322 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.