·232 syf.····Okunma: 19 Nisan 2023 00:00 İlk dəfə idi bir kitabı bu qədər gec oxudum. Səbəbi hekayənin sıxıcılığı deyildi. Tərcümə problemi idi. Tərcümə edən şəxsin əzyətinə hörmətim sonsuzdu amma tərcüməsini çox qınadım. Hətta bəzi yerləri o dərəcə yola verdi çevrilibki anlamaqda çətinlik çəkirdim. Sonda Türkçə PDF tapdım və müqayisə etdim. Ciddən bu qədər mi fərq edər. Adicə "Hademe" sözünü "Tibb bacısı" kimi çeviriblər. Və bəzi yerlərdə hətta cinayətin açılmasıyla bağlı məsələləri səhv çeviriblər. Bu ilk növbədə əsərin yazarına, sonra da oxuyucuya böyük hörmətsizlikdi. Ona görə kitabı Türkcə oxumağa davam etdim və bitirdim. Alıntılarımı da özüm dilimizə çevirib paylaşdım.
Belə olmaz artıq bu neçənci tərcümədi oxuyarkən sanki çin işgəncəsi çəkirəm. Bədii gözəllik itir, hekayənin gedişatı pozulur. Bir işi edirsənsə sonuna qədər et. Türklərin tərcümələri necə dı mükəmməl və bədii cəhətdən gpzəldi. Türkcə oxumaq tərəfdarı idim zatən və bu fikrimin doğru olduğu qənaətinə gəldim. Bəziləri deyir dilimizdə oxu, söz bazanda inkişaf etsin, natiqliyində. Mən bu cür səviyyəsiz tərcümələrlə necə edim bunu?
Kitaba gəldikdə ilk dəfədi Agatha Christiedən oxudum. Bəxtimdən Puaronun son işində tanış oldum onunla. Hekayə mükəmməl olmasa da yaxşıydı. Dedektiv sevərlər vaxtını xoş keçirk üçün oxuya bilər. Əmin olun cinayəkarı kitab açıqlamadan siz tapa bilməyəcəksiniz.