Gönderi

368 syf.
8/10 puan verdi
Fərman Kərimzadənin qələmindən ilk oxuduğum kitab ''Çaldıran Döyüşü'' əsəri oldu. Əsər tarixi romandır hansı ki bəhs edilən tarix vətən üçün mühüm önəmə sahibdir.Söhbət Səfəvilər Dövlətindən gedir ki biz əsərdə dövlətin qurucusu Şah İsmayılın dövlətin ilk illərində qurulduqdan sonra onu vahid bir şəkildə birləşdirməyə çalışmasından və apardığı mübarizəsini görürük. Fərman Kərimzadənin yazı tərzi insanı yormur həmçinin oxucunu kitaba çəkməyi bacarır.Kitab boyu oxucuya çatdırılmaq istənən tək bir şey var ki oda bu dövlətin tarixinin nə qədər qədim olduğu və heç də asan olmayan keşməkeşli yollardan keçərək dövlət yaradaraq milləti bir bayraq altında cəmləməsidir. Fərman Kərimzadə sadəcə Səfəvilərin siyasi tarixi haqqında bizdə təsəvvür oyatmır o eyni zamanda Səfəvilərin sosial tarixini bizə göstərir.Əhalinin dini , sosial durumu haqqında təsəvvür yaradır. Əsasında Şah İsmayılın alim və şairlərə verdiyi önəmi , bir neçə şəhər əhalisinin (xüsuilə Gəncə əhalisi haqqında yazılanlar) çox marağımı çəkərərək məndə dövr insanı haqqında fikir formalaşdırdı. Siyasi və dini tarix perspektivdən baxıldığında öz adıma vətəndə Şiəliyin yayılma tarixini ədəbi üslubla yansıdıldığını deyə bilərəm.Hansı ki Səfəvi öncəsi üstünlüyü sünni məzhəbinə aid toplumun , Şah İsmayil və müridlərinin çalışmaları sayəsində necə genişləndiyinin hətta Osmanlı Dövləti ərazisinə qədər yayıldığının şahidi oldum.Bir tarix tələbəsi olaraq həqiqətən də Şah İsmayilın Şiəlik propagandası o qədər güclü idi ki Anadoluda artmaqda olan Şiə nüfuzuna qarşın Osmanlı Dövləti ciddi tədbirlər görmək məcburiyyətində qalmışdır. Bundan başqa sadəcə Səfvi tarixi deyil dövrün Osmanlı hökmdarı ll Bəyazıd və oğulları xüsusən Səlim ilə mübarizəsinə daha da doğrusu Sultan Səlimin cürətkar və sərt tutumuna , hakimiyyət uğrunda gözə aldıqlarına şahid oluruq. Şeybanilər mövzusu da unudulmamalı Şah İsmayılın dövrün ən güclü hökmdarlarından olan Şeybani Xanı məğlub edişindən xəbər alırıq. Əsərin adı hər nə qədər Çaldıran Döyüşü olsa da 362 səhifəlik kitabın yalnız son 36 səhifəsi (s.336-362) döyüşdən bəhd edir lakin bu yazarın günahı deyil ümumən bu yanlış deyil çünki tarix belədir.Tarixçi baş verən hadisənin əvvəllini və sonrasını yaxşıca anlamalıdır ki , hadisənin təməlini daha doğru anlaya bilsin. İki türk hökmdarının qarşılaşmas meydanı olan Çaldıran ərazisi həqiqətən türk tarixində heç istənilməyən bir döyüşə şahid olduğunu vurğulamaq əsasıdr. Təməl də iki böyük türk hökmdarının bir birinə qarşı apardıqları politik tutumu Qərbə doğru yönləndirməsini düşünmədən etmirəm...Lakin tarix bu cür dəyərləndirilə bilməz.Tarix ehtimallar və fərziyyələr üzərinə də danışılmaz tarixçinin təməl vəzifəsi keçmişdə baş verən hadisələri öyrənmək onu anlamaqdır.Kaş yaşanmasaydı desəm belə bu hadisə yaşandı və o hadisəni anlamaq mühümdür. Bu əsərdən döyüşün tarixi öyrənilə bilməz çünki bu əsər tarixi romandır lakin bu əsər mənə Səfəvilər Dövlətinin necə çətinliklər , fədakarlıqlar üzərinə qurulduğunu bu vətənin necə qanlar bahasına bu nöqtəyə gəldiyi , xalqın dini kimliyinin formalaşması , Şah İsmayilin şəxsiyyəti , ll Bəyazıd və Sultan Səlim dönəmi Osmanlı mənzərəsi və Çaldıran döyüşü haqqında təsəvvür oyadaraq bədii baxış tərzi qazandırdı. Əlavətən yazar aralıqlarla bu həyatın , bu dünyanın keçici olduğunu və dünyanın həqiqətən heç kimə qalmadığını tarixi hadisələri və hökmdarları örnək göstərərək vurğulamasını o qədər bəyəndim ki... Sadəcə bu xatırlatmalara görə belə əsəri diqqətlə oxumağa dəyər...
Çaldıran Döyüşü
Çaldıran DöyüşüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 201673 okunma
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.