Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

230 syf.
9/10 puan verdi
Mənən itidirdiyiniz özünüzü yenidən qazanmanıza kömək olacaq bir roman )
Hakan Mengüç qələmi ilə tanışmamısınızsa, mütləq tanışın deyərəm. İllər öncə oxuyacaqlarım sırasında ilk yerlərdə idi, vaxt tapıb oxuya bilmirdim əfsus ki. Bu yaxınlarda rəfiqəm bu kitabı ərməğan etdi, oxumaq üçün çox səbirsizlənirdim. Bu romanı oxuyub bitirməyim bir nəfəsə çəkdi desəm , yeridir yəni)) O qədər axıcıdır ki, vaxtın haradan keçdiyini bilmirsən, hətta vacib işlərini belə ikinci plana ala bilərsən. Çünki, içindəki bu "yeddi günlük Hacc yolu" tək onların qəlbini, ruhunu paklandırmır, eyni zamanda bizləri arındırır, düşündürür. Elə hissələr var ki, sənə yenidən xatırladır, bəziləri də əsl dərs verir sənə. Tesadüflerin olmadığına da məhz bu kitabla inandım. Hər şey Allahın izni ile hərəkətə keçirsə, bunu niyə təsadüf adlandıraq ki?! Kitabda yer alan Azra obrazına həqiqətən heyran qaldım. Bu qızcığazın ağlı çox qarışıq olmasına rəğmən içindəki əsl sufini ortaya çıxara bilməsinə, əzminə çox heyran qaldım. Kitabın da bir növ öyrətdiyi kimi, insan yetər ki, qəlbdən istəsin, o zaman istəyib də edə bilməyəcəyi bir şey yoxdu.Azra obrazı kimi digər obrazların da həyat hekayələri sevərək oxudum və dərs almağa çalışdım. İnsanı bir neçə saniyə fikirləşməyə məcbur etdi, çox dərin duyğular içərsində qaldığım oldu. Normalda oxuma prosesi zamanı hər hansı musiqi ilə davam edərəm, bu səfər Hakan Mengucun çaldığı ney səsiylə davam etmişdim. Bütün duygular qarışmışdı, ney səsinin verdiyi hüzur və hüzun ahənginə qovuşmuşdu. Bir növ meditasiya halına çevrilmişdi..O an mənən təmizləndi ruhum, azad buraxmışdım çünki Hə bir də, kitabda böyük Sufilər olan Mevlana və Şəmsdən danışmasam olmaz. Kitabi oxumadan əvvəl onların kim olduğunu bilsəm də, nə olduqlarını bilmirdim. Onların bu fərqli hekayələrini bilmək çox xoş oldu, bəzi yerlərdə duyğulanıb ağladığım belə oldu. Ən təsirli hissəsi də Mevlananın ruhdaşı üçün yazdığı mektublar idi. Çox dərin və hüzun doluydu. Bir çox şeyi izah edə bilmək üçün yazmaq kömək etmir, gərək özünüz oxuyub şahidi olasınız o hisslərə. İlk dəfə qələminə bələd olduğum və xoş hisslərlə ayrıldığım üçün dostuma minnətdaram bu kitabı hədiyyə etməsi belə, təsadüf deyildir...
Hiçbir Karşılaşma Tesadüf Değildir
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20215,9bin okunma
·
142 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.