Gönderi

Turan Cavidin dilindən bu kitab haqqında...
10/10
·700 syf.··
Beğendi
·
2023 30. kitabı
·
26 saatte okudu
·
Okunma: 29 Nisan 2023 23:58
- Necə oldu ki, siz Cavidin əsərlərini bərpa etmək fik- rinə düşdünüz? - Əvvəla, Cavidin özü öz yazılarına azacıq da olsa düzəlişi istəməyən yazıçılardandı. Hətta "Azər"də vərəqin aşa- ğı hissəsində redaksiyaya ünvanlanmış belə bir qeyd var: "İmlasına toxunmamalı, diziləndən (yığılandan) sonra çapa getməzdən əvvəl müəllifə göstərmək məsləhətdir". Cavid bir kəlmə sözü belə dəyişdirməyi sevməzdi. İndi, o illərdən qalan bir qəzet var: "Azər"dən "İsyan" şeiri dərc olunub həmin qəzetdə. Cavid dərc olunmuş şeirinin üstündə hədsiz düzəlişlər edib. Bəraətdən sonra, 1958-ci ildə ilk dəfə repressiya qurbanı olmuş yazıçıların kitabları çıxmalıydı. 30 çap vərəqi həcmində bir kitabı makinada özüm yazdım və nəhayət, tam hazır edib təqdim elədim "Azərnəşr"ə. O zaman artıq bir neçə kitab həcm etibarıyla kiçiklər çıxmışdı və həmin kitablarda çoxlu düzəlişlər etmişdilər. Hətta Mərkəzi Komitə belə düzəlişlərin tərəfdarı deyildi. O zaman Həbibə "Azərnəşr"də işləyirdi. O şahidi olmuşdu ki, Cavidin dilini sadələşdirməyi Əlağa Vahidə təklif edirlər. Ehtiyac içərisində yaşayan Əlağa Vahid: "mən nə karǝyəm ki, ustadın yazısına qələm çalam, o dünyada Cavidə nə cavab verərəm?" - deyir və təklifdən imtina edir. Sonra bu işi Mirmehdi Seyidzadəyə həvalə etdilər. Düzəlişlər apardı və bu düzəlişlərdən sonra, gördülər ki, yox, əsərlər bərbad vəziyyətə salınıb və bundan sonra qərara gəldilər ki, kim necə yazıbsa, eləcə də çap olunsun. - Və Cavidin kitabı nəşr olundu. - Bəli. Hətta bizə yaxşı pul da verdilər. 1959-cu ildə Azərbaycan mədəniyyəti günlərində iştirak etmək üçün Həbibəylə birgə Moskvaya getdik. Evdə gördüyün mebel dəstlərini həmin pula alıb qatarla yola saldıq. Özümüz isə bir neçə gün Moskvada qaldıq. Peredilkinoya - Nazim Hikmətlə görüşə də getdik. Doğrusu, Nazimlə görüşmək mənim marağımda deyildi. Həbibə Nazimin vurğunuydu, ona görə razılaşdım. Nazimin evində bizi bir rus xanım qarşıladı. Hiss olunurdu ki, Nazimlə görüşməyimizi istəmir. Nazim isə bi- zim səsimizə o biri otaqdan çıxdı: "Heç ola bilərmi ki, Azərbaycandan gələn qonaqlar məni görmədən qayıtsın?" - dedi. Mənim Cavidin qızı olduğumu biləndə isə, "Babanızı iyi tanıyırdım, böyük şairdi" - deyə əlavə etdi. - Qayıdaq Cavid əsərlərinin sonrakı nəşrlərinə. 1958-ci ildən sonra əsərlər redaktə olunmağa başlandı, əməliyyatlar aparıldı. Nisbətən az dəyişikliyə uğrayan 1968- 71-ci ildə nəşr olunan üçcildlik idi, mən onun korrekturasını iki dəfə oxudum. Məsələn, orda man "şu"ları saxlamışdım, "pək"lər qalırdı. "Şimdi"ni "imdi" kimi redaktə etmişdim. Getdikcə bu ənənə davam edirdi... (Cavid haqqında xatirələr kitabından) Cavid Haqqında Xatirələr Turan Cavid
Hüseyn Cavid
Hüseyn Cavid - Seçilmiş Əsərləri (1958)Hüseyn Cavid · Azərbaycan Dövlət Nəşriyyatı · 19585 okunma
·
90 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.