Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

120 syf.
8/10 puan verdi
Qəhrəmanımız Yevgeni Sank Peterburqda uzun illər yaşamış daha sonra isə atasının vəfatı ilə kəndə köçmüş burada atasından qalan mülkə yiyə durmuş və onun borclarını qaytarmaqla məşğul olan bir gəncdir. Atasının vəfatından sonra qardaşına düşən payı bir məbləğ qarşılığında ondan satın alır və bütün mülkə sahib çıxır. Anasını da yanına alan bu gənc kənd həyatı sürür. Və sağlamlığı üçün(öz deyimiylə)bir qadınla münasibət qurmaq istəyir. Yevgeni bir qadınla tanış olur onunla arasında sadəcə cinsi əlaqə üzərində qurulan bir münasibət yaranır. Yevgeni bu qadına bağlanmır və onunla görüşmədiyi vaxtlarda onu düşünmür belə. Bir gün Yevgeni evlənmək qərarına gəlir. Onun həyat yoldaşı çox incə, zövqlü,sevgi dolu bir qadındır. Əvvəllər Yevgeni həyat yoldaşını bəyənsə də ona aşiq olmur ,lakin vaxt keçdikcə onun bütün müsbət cəhətlərinə,ona olan sevgisinə,xoş münasibətinə və gözəl bir ailəsi olmasına görə bu qadına aşiq olur və onu həqiqətən də sevir. Taa ki,əvvəllər münasibət qurduğu o qadın-Stepanida onların evində təmizliyə gələn günə qədər. Düzdür bundan sonra da Yevgeni həyat yoldaşına olan sevgisindən vaz keçmir. Lakin onun beynini artıq başqa düşüncələr ələ keçirir. Şəhvət,ehtiras duyğusu onu ələ alır. O sevdiyi qadına xəyanət etmək istəmir. Lakin nə qədər özünə söz versə də yenə beynindəki düşüncələrə qalib gələ bilmir. Hər dəfə özünü yenə o qadını düşünərkən ,arzulayarkən görür. Əsərdə qadın şeytan adlandırılır.Kitabın adı da həmin qadının şeytan adlandırılmasından gəlir.Amma burda əsas şeytan o qadın deyil Yevgeninin nəfsidir. Artıq Yevgeni də öz iradəsinə sahib çıxa bilmədiyini nəfsinə yenik düşdüyünü qəbul edir. Bu əsər Tolstoyun ölümündən sonra ortaya çıxmışdır. Tolstoy bu novellasını ömrünün sonuna qədər gizli saxlamışdır. Və düşünülür ki,özünün başından keçən belə bir hadisəni əsərdə nəql etmişdir.
Şeytan
ŞeytanLev Tolstoy · Bordo Siyah Yayınları · 20184,443 okunma
·
219 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.