Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yalınayaqlı Diva
Yalınayaqlı Diva (Barefoot Diva) Musiqinin özü qədər yaradılış hekayəsi də zövq və maraq cəlb edir. Təxminən 2 il əvvəl idi ki, Afrikanın qərbində yerləşən 10 adadan ibarət Cape Verde'yə də "Morna" adı verilən, romantik, melanxolik və sakit təbiətli müsiqi tərzi olan Cape Verde musiqisi ilə səyahət etmişdim. Cape Verde Portuqaliya müstəmləkəsi olaraq qurulmuş, 5 İyul 1975'də müstəqilliyini elan etmiş, hal-hazırda 550.000 min əhalisi olan ölkədir. Fürsət ikən linki qoyum: (youtu.be/ku_WZoTtT8Q) 1941-ci il 27 avqustunda Cape Verde musiqisinin mərkəzi olan Sao Vicente adasının Mindelo şəhərində Cesaria Evora xala dünyaya gəlir. Nədənsə Hind-Avropa dil ailəsinin müsiqi dilini çox sevirəm, həmçinin bu da müstəmləkəçilik zamanında sömürülən toplumların ikinci müsiqi dillərinə öz kültürlərinin böyük tövhəsindən qaynaqlanır. Xalamızın həyatına qismən empatiya ilə yanaşmaq üçün Vikipediyada "Cape Verde" haqqında ilk cümləni oxumaq kifayət edir. 20'li yaşlarda 2 dəfə evlənib, boşanmalar, barlarda musiqi ilə məşğul olub, yaşama tutunmaqla 47 yaşında (1988) parisli plak şirkətinin əməkdaşı Da Silvia tərəfindən kəşf edilib, məşhurlaşdı. 53 yadında (1994) dünyada tanınmağa başlamışdı. Ölkəsində hamı yalın ayaqla gəzdiyi üçün səhnələrə çılpaq ayaqla çıxır, konsertlərində məşhurlaşan oturacaq və masasının üstündən siqareti də əskik olmur. O, necə ki, Charles Aznavur, Edith Piaf'ı özünə rol modeli seçmişdisə, Madonna vəs. musiqiçilər də ondan təsirlənmişdi. Əslində Cesaria xalanın mahnılarının sözlərini yox, musiqisini dinləməkdən zövq alırdım. Sonra sözlərinin dəyərini hiss eləməyə başladım. Cape Verde'yə səyahətim belə başladı, amma Cesarie Evora'nın sirdaşı olan dənizə yazdığı mahnısında, "Sənə kim göstərdi o uzaq yolu? Nostalji" sözlərinin yer aldığı, mənim də çox sevdiyim "Sodade"ni bəstələyib, mahnıya ruh verməsində və digər bütün mahnılarında da duyğunun, dramın, əyləncənin intensivliyini yaşamaqdan başqa çarəm qalmır. Xalamız alkoqol və siqaret bağımlılığı səbəbi ilə sağlıq problemləri yaşayıb və 2011'-ci ildə artıq səhnələrə çıxa bilməməsindən sonra, 17 dekabr 2011-ci ildə geridə 70 illik xatirələri və xatirələrinin müşayət etdiyi sənəti ilə əbədiləşir. Xalamızın həyatı haqqında bir çox film və sənədli filmlər mövcuddur. Birini deyim: "Barefoot at the Symphony" (2011). Xalamızı çox sevir, dinləməyi tövsiyə edir, dinləməyənləri də qınayıram.
·
1 artı 1'leme
·
178 görüntüleme
Nübar okurunun profil resmi
Xalamızı və səni çox sevirəm ❤️
Nihat Manafov okurunun profil resmi
Nübar
Nübar
, mən xalanı sevir, səni daha çox sevirəm💖
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.