Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Daim millətin, onu təşkil fərdlərin mənafeyini müdafiə edən biri olaraq heç zaman onu gücün ayağına verməmiş, haqsız olduğu durumda belə müdafiə etmişəm və ya etməyə çalışmışam. Əvvəllər bədbinliyə qapılıb Petrov misalı, idarəetmənin Azərbaycan xalqına layiq olduğunu düşünsəm də, zamanla dərk etdim ki, bundan daha yanlış düşüncə azdır, zira son nəticədə gücü daha da legitimləşdirmək və yerini möhkəmlətməkdən başqa bir işə yaramır. Küt, etinasız, itaətkar və cahil insan toplumu varsa, bunun başlıca səbəbkarı siyasi rejimdir, çünki bütün mexanizmlər onun əlindədir, ələxsus da insanların zehni fəaliyyətini nizamlayan faktorlar. Sözüm, əlbəttə, bunda deyil, bu tamam ayrı müzakirə mövzusudur. Oruellin bir fikri ilə davam edəcəyəm; "Hər bir cəmiyyət xəstədir, fəqət bəziləri daha da xəstədir" Bəli, Azərbaycan cəmiyyəti xəstədir, bunun günahkarı da təkcə siyasi rejim yox, həm də özüdür. Çünki toplum olaraq həmişə hadisələri doqmatik inanclarımızla alqılayır, məzmunu tamamən gözardı edib formaya odaklanırıq. Qütbləşməyə meyilliyik, anında bütün məntiqimizi bir kənara atıb ayrı-ayrı cəbhələrdə qərarlaşırıq və buna görə heç vaxt birləşə, bütövləşə bilmirik. Çözüm yolu həmişə var, hərçənd problematik məsələlərə baxışlarımız tamamən bir-birinə zidd gəldiyi və ya ümumiyyətlə əksərən onları görməzdən gəlib yaxamızı kənara çəkdiyimiz üçün ortaq yol tapa, vəziyyətdən çıxa bilmirik. Bütün bunları bir rəsm əsərinə çevirsək və tabloya bir az kənardan baxsaq, məsələ tam aydınlaşacaq; bir-birini mənasız məsələlər üzərində qıran, əzib keçməyə meyilli aqressiv, narsist və merkantil insanlar və yuxarı qismdə bütün ipləri əlində tutmuş maraqlı qüvvələr. İstifadə edildiyinin, gündən-günə uçuruma yuvarlandığının fərqində belə deyil. Hər bir hüququ əlindən alınmış və çox nəhəng bir poxun (daha uyğun ifadə tapa bilmədim) içində yer almış gənclər isə vəziyyətin fərqində olub bir şeyləri dəyişmək üçün fərdi inkişafına vaxt ayırmaq, dil öyrənmək, kitablar oxumaq və ixtisasına dərindən yiyələnib əməli fəaliyyətə keçmək əvəzinə köləlik yolunu seçir Kölə isə heç vaxt vəziyyətinin fərqinə varmır. Vardığı an azad olur P.S Bu kitabı növbəti il oxumağı planlaşdırırdım, amma, görünür, yaxınlarda başlayacağam.
·
119 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
eseblesme yoldas Tagiyev:)bizde bu toplumun bir ferdiyik,,,deyismeye ozumuzden baslasaq daha yaxsi olmaz mi?
Ramazan Tağıyev okurunun profil resmi
Əlbəttə, hər kəs özündən başlamalıdır. Ümid ölməyib;)
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.