Gönderi

704 syf.
10/10 puan verdi
"Bu dünyada əbədi heç nə yoxdur."
"Gülən adam" romanını Hüqo siyasi düşüncələrinə görə sürgün edildiyi Channel adalarında 15 ay ərzində yazmışdır.O əsərdə kral ailəsinin,aristokratların iç üzünü ifşa edir.Xalqın səfalətini göz önünə gətirir. Kitabdakı hadisələr XVII əsrdə İngiltərədə, kraliça Anna'nın dövründə baş verir.İstedadlı oyunbaz, filosof Ursus və onun dostu canavar Qomo İngiltərənin cənub sahillərinə səyahət edərkən, bir gecə onların qarşısına qar fırtınasından, soyuqdan donmuş 10 yaşlı oğlan və qucağında körpə qız uşağı çıxır.Ursus bu uşaqları öz himayəsinə götürür.Ursusun Dea adını qoyduğu qızın taleyi çox ağrılı olsa da ancaq hər zaman üzündə gülümsəmə olan Quinplen'in həyatı daha acınacaqlıdır. "Gülüş ağrılı iniltinin əks-sədasıdır." (s.643) Müəmmalı acı taleyin amansız düşmənçiliyi qarşısında titrəməyən və ruhdan düşməyən; hələ balaca uşaq ikən ölümdən qorxmayan, qaranlıqdan qorxmayan; bu qeyri-bərabər mübarizədə çağırış ataraq başqa uşağa sahiblik edən; özünün zəifliyinə və yorğunluğuna baxmayaraq artıq qayğını çəkməyi öz çiyinlərinə götürüb bununla da daha da zəifləyən, onu atıb getdikləri zaman tənha qalmasına baxmayaraq bu qisməti mərdanəliklə qəbul edərək məğrurcasına yoluna davam edən; soyuğa, susuzluğa və aclığa qarşı igidliklə mübarizə aparan; tufan və bədbəxtliyin - ikiüzlü sonsuzluğun amansız nəfəsinə qalib gələn, nəhəng qəlbə sahib Quinplen.. Quinplen obrazı
Paris Notr-Dam Kilsəsi
Paris Notr-Dam Kilsəsi
əsərində ki, Kvazimodo'nu xatırlatdı mənə. "Biz təbiətin qanunlarına və ya öz taleyimizə ancaq çox az bir müddətə müqavimət göstərə bilirik." (s.630) Dahi yazar məni bir daha qələminə heyran qoydu.
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020255 okunma
··
645 görüntüleme
Nəimi okurunun profil resmi
Təşəkkürlər, mükəmməl bir incələmə
Ays okurunun profil resmi
Bəyəndiyiniz üçün mən sizə təşəkkür edirəm🙏😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.