Gönderi

448 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Deyirlər həyat bir imtahandı. Doğrudur, əlbəttə,amma deyəsən həyat bu imtahanda bəzilərinin suallarını daha çətin edir. Eynən Fəridə kimi. Körpə yaşda anasını, sonra atasını itirən Fəridə bütün bunlara baxmayaraq yenə də həyatdan zövq almağı çalışırdı. Fəridə hər dəfə özünü toparlayıb yaşamağa çalışdıqca həyat onun qarşısına daha çətin suallar qoydu. Kitabı oxuyanda nə hislər keçirdim heç özüm də bilmirəm. Yer yer gözlərim doldu. Bəzən əsəbləşdim. Bəzən təəssüfləndim. Bəzən də Fəridənin çılğınlıqlarına, ərköyünlüklərinə güldüm. Romanda İstanbullu qız Fəridənin həyatı öz dilindən gündəlik olaraq yazılıb. Fəridə adlı həyat dolu bu qız nişanlısının xəyanətindən sonra İstanbulu tərk edir. Fransız dili müəllimliyi təhsili olan gənc Fəridə Kamrandan uzaq olmaq üçün ən uzaq yerlərə belə getməyə razı olur. Gənc yaşda müəllimlik fəaliyyətinə başlayır. Fərqli fərqli yerlərdə müəllimlik edir. Və hər yerdə başına fərqli fərqli hadisələr gəlir. Bunların hamısını da öz gündəliyində qeyd edir. Kitabı qısa olaraq elə Fəridənin öz dilindən deyilən bu fikirlə ümumiləşdirmək olar: Hangi ümide sarılsam elimde kalıyor, neyi seversem ölüyor. İşte üç sene evvel bir sonbahar akşamıyla beraber ölen genç kızlık rüyalarım, kendi küçüklerim, sonra Munise, onun arkasından belki kalbimin öksüzlüğünü avuturlar diye ümit ettiğim talebelerim. Yavrularını tehlikede gören bir ana kuş hır-çmhğıyla üstlerine titrediğim bu şeyler, sonbahar yaprakları gibi birer birer sararıyor, dökülüyor. Daha yirmi üç yaşıma girmedim; yüzümden, vücudumdan çocukluğun izleri silinmedi; halbuki gönlüm, baştan başa bütün sevdiklerimin ölüleriyle dolu.
Çalıkuşu
ÇalıkuşuReşat Nuri Güntekin · İnkılap Yayınları · 1999102.9k okunma
·
67 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.