Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

504 syf.
6/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Çingiz Aytmatovun əsərlərini oxumağıma səbəb "Gün var əsrə bərabər" adlı əsərinin bir parçasını oxumağım və mənə çox maraqlı gəlməsi olmuşdu. Fikirlərin gözəl ifadə olunması,həmçinin əsərlərinin ideya və mövzusu çox xoşuma gəlir.Lakin əsərləri nədənsə insanı yorur,hadisələr axıcı baş vermir. Əsərlərində canlılıq hiss olunmur. Bir tanışım belə bir ifadə işlətmişdi: "Bəzi əsərlərə ədəbiyyat demək olmaz. Ama elə əsərlər də var ki, onlar həqiqətən də ədəbiyyatdır. Sadəcə mənim zövqümə uyğun gəlmir." Bəli, Çingiz Aytmatovun əsərləri ədəbiyyatdır, lakin mənim zövqümə uyğun gəlmir. Bunu "Ağ Gəmi" əsərində(ilk oxuduğum əsəri)müşahidə etmişdim. Ama buna baxmayaraq ikinci bir şans verib "Seçilmiş əsərləri" kitabını oxumaq fikrinə düşdüm. Kitaba 3 əsər daxil idi: "Gün var əsrə bərabər" , "Dəniz kənarıyla qaçan Alabaş" və "Ağ Gəmi". Qeyd etdiyim kimi birini əvvəl oxumuşdum. Və sonu heç gözləmədiyim bir halda üzücü bitmişdi.Ama əsərin baş qəhrəmanı sevimli obrazlarımdan birinə çevrilməyi bacarmışdı. Oxuduğum digər 2 əsər də, eynilə Ağ Gəmidə olduğu kimi ucqar yerlərdə, çətin həyat tərzi yaşayan qırğız xalqının həyatından bəhs edirdi. Çingiz Aytmatovun öz əsərlərində mənəvi və əxlaqi dəyərlərə qarşı həssaslığı nəzərimə çarpan və çox sevdiyim məqamlardan biridir. Ümumiləşdirməli olsaq əgər, daha çox təsviri və mənəvi dəyərlərin qabarıq əks olunduğu əsərləri sevənlərə tövsiyə edə bilərəm. Mənim kimi düşünən oxucuların isə sevəcəyini sanmıram.Ümidvaram ki, fikirlərim sizə yararlı olar və kitab haqqında müəyyən təsəvvür formalaşdırar. Vaxt ayırıb oxuduğunuz üçün hər birinizə təşəkkürlər!
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriCengiz Aytmatov · Kitab Klubu · 201746 okunma
·
61 görüntüleme
Sabina okurunun profil resmi
"Manqurt " hekayəsini deyirsiz? O hekayəni oxuyub da "Gün var əsrə bərabər" oxumağa başlayanlardan biri də mən idim. Başlasam da deyəsən oxumaq üçün doğru vaxt deyildi. Heç nə anlamadım. Maraqlı da gəlmirdi. Amma indi yadıma düşür kitab az- az deyirəm mən niyə o kitabı yarımçıq qaytardım.
aliyva.n okurunun profil resmi
bəli, yalnız deyilmişəm:)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.