Stendalın Vanina Vanini povestində "vətən" və "eşq" uğurunda mübarizədən bəhs edilir.Əsərdə, İtaliyada karbonarilərin* Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir.Bir birlərinə aşiq olan Vanini və Pyetro "vətən" və "sevgi" arasında seçim qarşısında qalırlar.Vaninini təbii ki, aşiq olduğu adam,yəni Pyetro maraqlandırır.Vanini vətən uğrunda mübarizəni nahaq bilsə də,Pyetroya yardım edir,hətta onunla birlikdə Romanyaya gəlir.Vanini müharibədə Pyetronu itirəcəyindən qorxduğu üçün,Pyetronun təşkilat üzvlərindən olan karbonariləri satır bircə Pyetrodan başqa.Karbonarilərin həbs olunduğunu eşidən Pyetro, öz əməkdaşlarının onları onun satmadığını düşünməsinlər deyə, gedib dövlətə təslim olur.Bundan sonra,Vaninini düşündürən şey Pyetronu sağ salamat ordan azad edirməkdir.Pyetronu xilas etmək üçün,o,Romaya qayıdır atası ondan icazəsiz onu, elçisi olan knyaz Liviona razılıq verir.Livion yaraşıqlı, varlı knyaz idi.Vanini ondan istifadə edərək Pyetronun yerini öyrənir.Livionun əmisi Savelli Katantsara Roma qubernatoru və polis naziri idi.Vanini Livionun əmisi ilə yaxınlıq edib,Pyetronun yerini və onun Romaya gətirildiyini öyrənir.O,Savelli Katantsaradan xahiş edir ki,karbonarilərinin başçısını(Pyetro) edam etməsinlər.Bu zaman həbsxanada Pyetronun görür,Vanini ona sarılır,amma Pyetro soyuq idi.O,Vaniniyə-"Artıq məni düşünmə, mən bu eşq üzündən bu günə düşdüm get başqası ilə xoşbəxt ol,mən ya ölməliyəm ya da vətən uğrunda son nəfəsimə kimi mübarizə aparmalıyam." deyir.Bu sözləri eşidən Vanini hər şeyi ona etiraf edir.Karbonariləri Vaninin satdığını eşidən Pyetro Vaninini "ifritə" adlandırır və onu əlindəki zəncirlə boğur,səsə gələn nəzarətçi qızı xilas edir.Bu zərbə Vaninini sarsıdır.O, Romaya qayıdır və Savelli ilə evlənir.
Karbonari-XIX əsrin əvvəllərində İtaliyada meydana gəlmiş, İtaliyanın birləşməsi uğrunda mübarizə aparan gizli cəmiyyətin üzvü.