Gönderi

208 syf.
·
Not rated
·
Read in 6 days
H. Gündayın əvvəl heç bir kitabını oxumasam, üslubuna, yazdıqlarına bələd olmasam və oxuduğum ilk kitabı bu olsaydı yazıçının bir də digər heç bir kitabını əlimə almazdım yəqin ki. Digər çox bəyəndiyim bəzi kitabları qədər (Kinyas ve Kayra, Daha, Ziyan) yaxşı olmasa da ağırlıq cəhətdən onların hamısını üstələdi demək olar ki. Kitabda gah 12 yaşlı Zarganadan gah da yetkin Zarganadan, onun həyatından, yaşadıqlarından danışılırdı. Açığı kitab 2 tərəfli idi, mövzu, hekayə, cümlələr, oxutmaq istənilən məğz, keçişlər o qədər qarışıq idi ki, oxuyub irərlədikcə yenidən 10, 15 bəzi yerlərində hətta 50 səhifə əvvələ qayıdıb yenidən oxumalı oldum və ən az səhifəyə sahib bu kitab H. Günday kitabları arasında ən gec bitirə bildiyim kitab oldu, demək olar 1 həftə. Açığı H. Günday bu kitabda biraz mübaliğə edib, məncə. Sadəcə yaşanılan pis hadisələr, obrazların bir-birlərinə etdikləri, heç yaxşı bir şeylərin olmamağı, kitabda dəyişməyən o çizgi məni o qədər yordu ki. Onsuz H. Günday oxuyursuzsa və az-çox onun qələmini tanıyırsızsa oxuduqlarınızda ürək açacaq bir şeylər tapmayacağınızı bilərsiz. Amma bu kitab, pis səslənsə də deyəcəm, qurğunun da qurğusu, ağın da çıxarılmış ağı idi yəni. H. Gündayı çox, çox sevsəm də, heyran olsam da sırf buna görə Zargana kitabını şaha qaldıra bilməyəcəm, təssüf. Kitabda insanı bir az həfif gülümsədən, könlünü açan yeganə gözəl şey Zargananın törətdiyi Victor cinayətini o balacadır deyə Betty-nin öz üzərinə götürməyi idi, başqa da heç nə. Kitab gözəl olmasa da, yenə də oxuduqca "Hakan Günday nələr bilirmiş belə" dedirtir insana. Adamın hər şeydən məlumatı var elə bil. Bu kitab haqqında səhifədə paylaşdığım son incələməni də bəyənə bilərsiniz instagram.com/hakangunday.aze...
Zargana
ZarganaHakan Günday · Doğan Kitap · 20137.3k okunma
·
2,012 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.