"İnsan dünyaya sadece yemek, içmek, koynuna birini alıp yatmak için gelmiş olamazdı! Daha büyük ve insanca bir sebep lazımdı." [səyfə 188]
"- Belki uzak bir günde, büsbütün başka insanlar olarak tekrar karşılaşırız ve belki gülüşerek birbirimize ellerimizi uzatırız.." [səyfə 261]
Sabahattin Ali'ə qarşı bir hayranlığım var idi. Amma kitabın oxuduqdan sonra
Sabahattin Ali'nin düşüncə tərzinə və incəliyinə demək olar ki, aşiq oldum. Kitabı oxumağa əvvəlcə tərəddüd etsəm də, bitirdikdən sonra "nə yaxşı ki oxudum" dediyim bir kitab oldu.
Gələk kitabın mövzusuna.
Kitab müxtəlif dünyaları olan iki insanın boşanma prosesindən bəhs edir. Əvvəlcə ilk baxışdan sevgi, sonra anlaşmazlık və boşanma.
Gələk kitabda baş verən hadisələrə olan düşüncələrimə.
Demək olar ki, hər obrazda özümü tapdım.
"İçimizde şeytan yok... İçimizde aciz var... Tembellik var... İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey, hakikatleri görmekten kaçmak itiyadı var..." [səyfə 258]
Hərəkətlərinin içindəki şeytandan qaynaqlandığını iddia edən Ömər, yalnız pis cəhətlərini şeytanla əlaqələndirərək vicdanını rahatladırdı. İçində şeytan olduğunu deyərək ona sığınırdı. Onun hər bir bezdirici işi şeytanın işi imiş.
Bundan əlavə, mən Macidə haqqında da biraz danışmaq istəyirəm. Zatən Ömər axıra yaxın əsəblərimi pozdu. 3-4 səyfəlik eşq etirafı edən Ömər qəfl dəyişib Macidədən boşanmaq istədi??? Kitabın əvvəlində 4 səhifəlik sevgi etirafı edən Ömərlə kitabın sonunda olan Ömər arasında olan fərqə baxında.. Hansı real Ömərdi?
Məncə evlilik sevgini bitirir. Bəlkə də səhv düşünürəm. Amma mənim düşüncəm budur.
"Behzat Ç" serialında Esra savcının dediyi bir cümlə var. Və həmin dediyi cümlə Ömər'ə o qədər uyğun gəlir ki..
"Cesaretin olmadan ne yapacaksın ki?
Hayatımda tanıdığım en korkak adamsın."
Bu söz Ömər üçün deyilib sanki.
Ömər ilk vaxtlar çox qəşəng sevdi ama qorxaqlığı onun xoşbəxt olmasına imkan vermirdi. Qısaca, Ömər indiyə qədər oxuduğum ən qorxaq kişi obrazıdır. Ömərin bu uşaqlıqlarına necə dözdün, ay Macidə? Kitab boyu Ömərin verdiyi ən doğru qərar onların həyatlarını tərk etmək idi məncə. Öməri də başa düşürəm amma etdikləri məni belə bezdirdi. Yəni mən Macidənin yerinə olsaydım Öməri çoxdan tərk etmişdim. Macidə üçün ən doğru şəxs sadəcə Bədri idi. Və şükür ki axırda onunla bərabər oldu :)
Kitab haqqında danışılacaq o qədər şey var ki əslində.. Hələ kitablarla əlaqəsi olmayan bir dostuma 20-30 dəqiqəlik səs atıb kitabın mövzusunu danışmışam. Artıq kitabı nə qədər çox sevdiyimi və kitab haqqında nə qədər çox şey yazmaq istədiyimi siz düşünün :)
Son olaraq qeyd edim ki, kitabda olan hadisələr çox axıcı idi. Heç bezmədən oxuna biləcək bir əsərdir. Hər kəsin oxumasını tövsiyyə edirəm. Xoş mütaliələr..
İçimizdeki ŞeytanSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2024192,2bin okunma
·
490 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.