Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

252 syf.
·
Puan vermedi
·
Beğendi
Pul və xoşbəxtlik arasında...
Kitab əvvəl adi jurnalist olmuş ,lakin sonradan dayısından qalan miras hesabına varlanmış gəncin həyatından ,başına gələn əhvalatlardan bəhs edir.Yüksək miqdarda pulun,zənginliyin onun başına açdığı bəlalar onun xoşbəxtliyini əlindən alır,ona əvvəlki həyatı arzulamağı məcbur edir.Gənc oliqarx dərk edir ki,hər şey pulla öıçülmür,əksinə pula nifrət edir və pulun ən çirkli şey olduğunu düşünür.Varlı,pul düşkünü olmuş şəxslərin çoxsaylı cəhdlərinə,onu manipulyasiya etməsinə baxmayaraq,o öz fikrindən,əqidəsindən yayınmır,əxlaqi dəyərləri,şərəfi,vicdanı həmişə puldan üstün tutur və əsl mərd kimi davranır.Həmçinin əvvəl fağır,heç kəslə işi olmayan gənc indi əsl "şir"ə dönür və hərkəsin qorxacağı həddə birinə çevrilir.Bu da əsərdə ən çox diqqət çəkən məqamlardan biridir.Lakin onun bu cür dəyişməsinə əsl səbəb onun sevgisi idi.Sevdiyi qızı "çirkin" adamlardan qorumaq və onlardan qisasını almaq üçün gənc tamamilə başqa biri olur,önündə heç kəs dayana bilmir.Əsərdə ən çox xoşuma gələn obrazlardan biri də Tələt adlı mühafizə rəisi oldu.Öz işini peşəkarca görən bu şəxs həmçinin yüksək əxlaqi keyfiyyətləri və məsuliyyəti ilə diqqət çəkirdi.Əsərin gedişi boyunca Tələt həm gənc oliqarxın,həm onun sevdiyi qızın əsl qəhrəmanı olur və onlar üçün əlindən gələni edir.Məncə,hər kəs həyatda da ,işdə də Tələt kimi işini mükəmməl yerinə yerirən,ləyaqətli birinə ehtiyac duyur.Ümumən əsər çox maraqlı idi,deyə biləcəyim çox söz olsa da qısaca deyə bilərəm ki,əsərin gedişi boyu sıxılmadım ,əksinə zəncirvari baş verən hadisələr məni real həyatdan götürüb,kitabın dünyasına apardı.Oxumağı tövsiyyə edirəm.
Oliqarxın Səhvi
Oliqarxın SəhviÇingiz Abdullayev · Teas Press · 202226 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.