Gönderi

Xəbər yox mehribanımdan, ömür namehriban keçdi, Könül keçməz o dilbərdən, zaman keçdi, yaman keçdi. Qanadlanmaq xəyalıyla dolandım bağda, gülşəndə, Yoxuymuş vaxtın insafı, bahar keçdi, xəzan keçdi. Ömür qoydum, can incitdim boranlı, qarlı yollarda, Dilimdən min bir ah qopdu, ürəyimdən fəğan keçdi. Keç, ey qafil, gəl od vurma güzaran tapdığın mülkə, Bu mülkə od vuran kəslər olu tüstü-duman, keçdi. Şahənşah olma, ey dostum, tamah zindanına divtək, Nağıldır Rüstəmi-Zal ki, o yeddi asiman keçdi. Qorunsun, xalq üçün qalsın həyatın bəhrəsi-barı, Bu sevdayla xəyalımdan müzəyyən bir cahan keçdi. O gözlər ki, xumar baxdı, gözümdən qanlı yaş tökdü, Qıraqdan köksümə baxsan görərsən yandı can, keçdi. Küsənmiş nərgizəm, boynum bükülmüşdür yol üstündə, Baxıb rişxənd ilə güldü, yanımdan ərğəvan keçdi. Neçin qarğayə tapşırdı məhəbbət bu gülüstanı, Didərgin şeyda bülbüllər gül üstən bağrıqan keçdi. Amansız, qansız ovçuydu, güzərgahlarda tor qurdu, Dağılmış aşiyan qoydu, əlində ox-kaman keçdi. Cihazım, qumrovum yoxdur, ömür səssiz keçir, yarəb, Oyanmır röyadan bəxtim, düzüldü karvan, keçdi. Vəfasız dünya şövqüylə varından keçdi ihamım, Sənin mülkündə memardı, yaratdı xaniman, keçdi. Gözüm yaşından arx açdım, saralmaz söz gülüstanı, Nə fayda Şəhriyar ağlar, baxıb sərvi-rəvan keçdi.
·
114 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.