Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

184 syf.
4/10 puan verdi
·
4 günde okudu
Həmin gün görüşmək Gəl qayıdaq əvvələ, yad olaq biz bir anlıq. Hər tərəf ala-toran, ətraf duman, qaranlıq. Mən yollanım keçmişə, qoy qayıdım dünənə, Sənin həyat yolunu mənim həyat yoluma calaşdıran bu yolu təzədən gəlmək üçün Mən təzədən qayıdım həmin döngəyə, tinə. Sənə gələn yolları mən bilmədən keçmişəm. Fərqinə varmamışam, düşünmədən keçmişəm. Əynimdə kürküm olub, üşümədən keçmişəm. Xəbərsiz biri kimi, düzəlmək istəmirəm sənə gələn bu yola. Qatıb məni önünə istəmirəm gətirsin səbəblər naşı kimi. Atılmaq istəmirəm bir sapand daşı kimi. Bu yolları qət edim, İradəylə, qərarla, Sənə yetişmək üçün qaçıb gəlim fərarla. Əzabına qatlanıb, əziyyətindən keçim. Bu şəhərə gəlməyi, bu yola düzəlməyi, həmin gün görüşməyi səbəblər yox, mən seçim. Yenidən tapım səni, dünənə boylanmayım, Sabahı düşünək biz, ümid qalsın yarında. Dünəni xatırlayıb həsrət ilə yanmayım, Unudum keçmişimi, itim baxışlarında.
Qalaqurma
QalaqurmaAzer Elşadoğlu · Parlaq İmzalar · 20162 okunma
·
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.